Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranlı qadın Marsa 2 günə çatmağa imkan verən texnologiya hazırlayıb
İranlı qadın Marsa 2 günə çatmağa imkan verən texnologiya hazırlayıb

Əslən İrandan olan və hazırda ABŞ-ın Prinston Universitetində Astrofizika Elmləri Bölməsi və Prinston Plazma Fizikası Laboratoriyasında (PPPL) araşdırmalar aparan professor Fatima Ebrahimi dünya üçün nəhəng dəyişikliklərə gətirib çıxaran bir layihə üzərində işləyir.

Fatima İbrahimi indiki raketlərdən 10 dəfə daha daha sürətli fuzion raketlərin yaradılması üzərində işləyir və bu layihənin reallşaması çox da uzaqda görünmür. Bu raket maqnit sahələrindən güc alması sayəsində saniyədə 20 km sürət əldə edəcək. Bu da o deməkdir ki, əgər indi istifadə olunan raketlərlə Marsa 6-8 aya çatmaq mümkündürsə, yeni tipli raketlə bu məsafə 2 günə qət ediləcək.

Alim uzun müddət nüvə-istilik reaktoru layihəsi üzərində çalışıb Fuzion motorları ideyası da bu layihə üzərində işləyərkən yaranıb. Əgər nüvə-istilik reaktorunda proseslər daxildə baş verirsə, Ebrahiminin mühərriki plazmanın püskürməsindən sonra maqnit sahələri ilə kontrol edilərək işləyir.

Fatima Ebrahimi Fatima Ebrahimi

Ebrahiminin təklif etdiyi raketlər maqnit sahələrindən güc alan itmə gücü ilə insanoğlu palnetlərarası səyahətlər belə edə biləcək. Fuzion raketlər sürətli olmaqla bərabər həm də daha az maliyyətli olacaqlar.

Artıq çox yaxın zamanda gələcəyin raketinin prototipi hazırlanacaq. Raket motoru Günəşin maqnit sahələrindən istifadə edir, plazma parçacıqları buraxır və bunun sayəsində də görünməmiş bir itələmə gücü ilə saniyədə 500 km sürət toplayacaq . Bu 1 saatda 1.8 milyon km məsafə qət etmək deməkdir.

Öz ideyası barədə danışan professor Ebrahimi bildirib ki, onun konsepsiyası ilə digər mühərrikləri bir- birindən fərqləndirən 3 əsas fərq var. Birincisi maqnit sahəsinin gücünü dəyişməklə ağırlığı, cazibə qüvvəsini artırıb, azaltmaq mümkün olacaq. Daha çox elektromaqnit və maqnit sahələri istifadə etməklə istənilən sürətlə raketi idarə etmək imkanı yaranacaq.

İkincisi, yeni mühərrik havaya plazma və plazmoidlər tullayacaq. Plazmoidlər mühərrik qurğusuna güc qatacaq.

Ücüncüsü, müasir konsepsiyalardan fərqli olaraq, konkret missiya üçün yüngül və ağır atomlardan istifadə etmək çevikliyi qazanılacaq. Digər raket mühərrikləri ağır qaz (ksenon) işlətdiyi halda, bu mühərriklər istənilən qazdan istifadə edə biləcək. Onun fikirinə görə yüngül qazlardan istifadə daha məqsəduyğun olacaq, çünki daha kiçik atomlar daha böyük sürət əldə edə bilir.

Fatima Ebrahiminin bu layihəsinin dəstəklənməsi ABŞ Energetika Nazirliyi tərəfindən həyata keçirilirlir. Gələcəyə xəyali səyahətə çıxmaq istəyənlər üçün qeyd edək ki, əgər Fatima xanımın ideyaları uğurla reallaşsa və bu raketlərlə yanaşı hər hansı bir fərdi daşıma nəqliyyatına şamil edilsə, gələcəyin fuzion motorlu avtomobil və ya fərdi skutrı saatlarla gedilən yolu bir saniyə içində keçəcək.

Gözünün açıb yumursan və istədiyin yerə çatırsan. Teleportasiya qədər sürətli. Hətta bir qədər də irəli gedərək deyə bilərik ki, bu texnologiyanın inkişaf etdirilməsi bizə zamanda səyahət imkanı verə bilər. Birincisi bu ideyanın reallaşması fərqli zaman kontiliumunun açılmasına da gətiirib çıxaracaq.

İkincisi fərqli ulduz və planaetlərdə zaman anlayışı fərqlidir. Fantastik filmlərdə uzaq ulduzlara uçan kosmonavtların geri cavan qayıdıb Yerdəki qohumlarının artıq qocalmış şəkildə görməsini yəqin izləmisiniz. Amma bu dəfə bəhs etdiyim zaman yolçuluğu on illərlə deyil, yüz illər və min illərlə ölçülə bilər. Ən qısa şəkildə fikrimi belə anladım. Hansısa ən uzaq X planetindən baxdıqda Yer kürəsinin 1000 il öncəki halı görünür. Ora səyahət edib saniyələr içində 1000 il öncəki Yerə qayıtmaq və daha sonra zaman dilimi indiki Yer zamanına uyğun Y planetinə səfər edib ordan yerə dönmək olar. Eyni qaydada gələcəyi də gəzib gəlmək imkanı olacaq. Çox fantastik göründüsə, hamının bildiyi bir həqiqəti yadınıza salım. Biz Günəş şüalarını günəşdən çıxdıqdan 8 saniyə sonra görürük. Gün batımında biz günəşi görsək də o əslində 8 saniyə öncə batmış olur. Beləliklə zamanda səyahət ideyasının reallaşması bu yüzillikdə mümkün olacaq. Amma bunu hər kəs istəyəcəkmi? Hamı öz keçmişi ilə üzləşməyə hazırdırmı? Kefli İskəndərin məşhur sualına bənzəmədimi?

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »