Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-ın 24 şəhərində rekord şaxta qeydə alınıb, 3 milyondan artıq insan işıqsız qalıb
Qar yagıb

ABŞ-ın 25 ştatında güclü qar fırtınası davam edir.

Trend-in ABŞ-ın Milli Metereologiya Xidmətinə istinadən verdiyi məlumata görə, qar fırtınası nəticəsində Texasda 2,8 milyon nəfər, Oreqonda 300 mindən artıq insan, Missisipi, Oklahoma, Missuri, Arkanzasda isə on minlərlə insan işıqsız qalıb.

Məlumata əsasən, cənub ştatları üçün qeyri-adi sayılan soyuq hava səbəbiylə izolyasiya edilməmiş su boruları partlayır.

Bildirilir ki, fırtına şaxta ilə müşahidə olunur. Ölkənin 24 şəhərində rekord şaxta qeydə alınıb: "Yaxın günlərdə havanın temperaturu daha da aşağı düşə bilər. Müşahidələr tarixində yüzlərlə rekord şaxta qeydə alına bilər".

Texas, Oklahoma və Arkanzasın qubernatorları yolların təmizlənməsi və küçələrdə insanlara yardım üçün Milli Qvardiyanı cəlb etmək istəyirlər. Bu ştatların sakinlərinə avtomobil ilə səyahət etməkdən çəkinmələri tövsiyə olunur. Bəzi şəhərlərdə ictimai nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Paylaş »
››› Bakı Metropoliteni: Sərnişinləri qarşılamağa hazırıq
››› Sülhməramlıdan BBC-yə açıqlama: "Azərbaycan hər mübahisəli ərazi üçün axıra qədər gedəcək"
››› Almaniya və Rusiya arasında kəşfiyyat qalmaqalı
››› Azərbaycanda necə milyonçu olmaq olar: "Arxasında gözəgörünməz əl var"
››› Vladimir Jirinovski: Ermənistanı zorla Rusiyanın tərkibinə daxil etmək lazımdır...
››› Nazir Baş direktoru işdən çıxardı
››› Təcavüzdə ittiham olunan məşhur aktyor: “Mən neyləyə bilərəm ki?”
Son xəbərlər
Bütün xəbərlər »