Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib - Video
Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib - Video

Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib.

Müdafiə Nazirliyindən "Bizimyol.info"ya verilən məlumata görə, təlimə Ordu aviasiyası və hava hücumundan müdafiə birləşmə və hissələri cəlb edilib.

Uçuşlar zamanı hücum təyyarələri, atəş-dəstək və nəqliyyat-döyüş helikopterləri ilə yer hədəflərinə aviazərbələr praktiki uçuşla təqlid edilib, hava hücumundan müdafiə vasitələrinin təsirinin dəf edilməsi üçün ən aşağı hündürlükdə mürəkkəb pilotoji manevrlər yerinə yetirilib.

Hava hücumundan müdafiə birləşmə və hissələri şərti hava düşmənini təqlid edən Ordu aviasiyasının uçuşlarının aşkarlanması, izlənməsi və məhv edilməsi tapşırıqlarını məşq ediblər. Taktiki-xüsusi təlimdə qarşılıqlı fəaliyyətin uzlaşmasına nail olunub.

Son xəbərlər
Bütün xəbərlər »