Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Türkiyə Ermənistanın nazı ilə oynamaq fikrində deyil”
Rəcəb Tayyib Ərdoğan

Ermənistan illərdir Türkiyənin blokadanı aradan götürməsini arzulayır. Azərbaycanın Qarabağda qələbəsindən sonra Ankarada bu məsələyə yumşaq münasibət göstərməyə başlayıblar. Amma İrəvanda çox soyuq küləklər əsir.

Bizimyol.info xəbər verir ki, “Eurasianet” bu ruhda material hazırlayıb. Əsasən Qafqaz bölgəsi və Orta Asiya barədə yazılar verən ABŞ portalı diqqəti Türkiyə-Ermənistan münasibətlərinə yönəldib.

“Eurasianet” yazır ki, Ermənistan Türkiyəyə güvənə bilmir. Çünki Ankara Qarabağda Azərbaycana açıq dəstək verib. Həm də İrəvan Türkiyənin sərhədləri məhz Azərbaycana görə bağladığını unutmur. “Eurasianet”in materialında Ermənistanın ötən əsrin 90-cı illərində Qarabağı işğal etməsi açıq ifadələrlə qeyd olunub.

ABŞ portalı hesab edir ki, Ermənistan vətəndaşları daha çox Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dekabrın 10-da Bakıda dediyi sözlərdən narahat olub. Əlbəttə, dövlət başçısı Ermənistanla sərhədlərin açılma ehtimalından danışmışdı. Amma onun Bakıda Ənvər paşanın adını çəkməsi onları çox narahat edib. Çünki Ermənistanda bu sərkərdəni uydurma soyqırımın ideoloqlarından sayırlar.

İrəvan məsələyə şübhə ilə yanaşmağa başlayıb. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan “Eurasianet”ə deyib ki, sərhədlərin açılması ilə bağlı sual daha çox Türkiyəyə ünvanlanmalıdır: “Çünki sərhədləri biz bağlamamışıq. Ermənistan bölgədə bütün nəqliyyat əlaqələrinin bərpasının tərəfdarıdır. Hələlik sərhədlərin açılması məsələsi müzakirə olunmur”.

Naqdalyan belə deyir, halbuki Ermənistanın Xarici İşlər naziri Ara Ayvazyan fevralın 10-da sərhədlərin açılma ehtimalını yaxşı qiymətləndirdiyini gizlətməmişdi. Hiss olunan odur ki, son günlər İrəvan bir az geri çəkilib.

“Region” tədqiqatlar mərkəzinin rəhbəri Riçard Kirakosyan hesab edir ki, Nikol Paşinyan hökumətinin açıqlamalarına çox da ciddi yanaşmaq lazım deyil. Ekspert xarici işlər nazirlərinin 30 yanvar görüşündə İrəvanın masaya heç nə qoya bilməməsini xüsusi vurğulayır: “Çünki onlar sərhədlərin açılmasını istəmirlər. Paşinyanın primitiv mövqeyi budur ki, Türkiyə ilə münasibətlərin normallaşdırılması üçün çox zəifik”.

Ağrı dağı, Iğdırdan görüntü Ağrı dağı, Iğdırdan görüntü

ABŞ-da Lehay Universitetində beynəlxalq əlaqələrdən dərs deyən Arman Qriqoryan “CivilNet” portalına açıqlamasında Türkiyənin Ermənistanın nazıyla oynamayacağını söyləyib. Ekspert bildirib ki, Ankara isə sərhədi birtərəfli şəkildə də açar: “Biz “yox, sərhədləri açmayın” deməyə hazır deyilik”.

Ermənistan türkoloqu, İrəvan Universitetinin şərqşünaslıq fakültəsinin dekanı Ruben Melkonyan da fərqli düşünmür. Onun fikrincə, Türkiyə Ermənistanla münasibətlərin normallaşdırılması üçün əlavə şərtlər irəli sürəcək.

Paylaş »
››› Politoloq:  “İran açıqca Türkiyəyə dedi ki, Azərbaycandan çəkil”
››› Prezidentin "məcbur edəcəyik" deməsi Ermənistanı çaşdırıb - Açıqlama
››› Feministlər Bakının mərkəzində aksiya keçirməyə cəhd etdi – Video
››› Kişinin kişi olduğu yerdə qadın üçün hər gün bayramdır
››› İnfarkt keçirən Türkiyənin məşhur aktyoru vəfat etdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Sarkisyan: “Paşinyan Azərbaycandan icazəsiz Qarabağa gedə bilməz”
Son xəbərlər
Bütün xəbərlər »