Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ÜST COVID-19-a yoluxanların peyvənd olunmasını tövsiyə edib
Ümumdünya Səhiyyə Təşkilatı -   UST

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxan şəxslərin peyvənd olunmasını tövsiyə edib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə ÜST-ün baş elmi əməkdaşı Sumya Svaminathan bildirib.

“Daha əvvəl koronavirusa yoluxmaqdan asılı olmayaraq peyvənd olunmağı məsləhət görürdük. COVID-19 xəstələrinin əksəriyyətində immunitetin yarandığını bilirik. Lakin bəzi xəstələrdə immunitet reaksiyası güclü deyil. Söhbət xüsusilə xəstəliyi yüngül keçirmiş və bundan heç məlumatı olmayanlardan gedir, çünki xəstəlik bəzən simptomsuz keçir. Buna görə ÜST peyvəndlənməni tövsiyə edir. Müsbət məqam odur ki, immunitet sistemi oxşar antigeni və zülalı tanıyır. Bu səbəbdən əvvəllər yoluxmuş olsanız da peyvəndlənmə immunitet gücləndiricisi rolunu oynayır”, - deyə ÜST rəsmisi qeyd edib.

Uşaqlar üzərində araşdırmaların başladığını bildirən S. Svaminathan vurğulayıb ki, yaxın bir neçə ayda bu barədə daha çox məlumat əldə ediləcək.

S. Svaminathan onu da deyib ki, koronavirusdan sağaldıqdan sonra formalaşan immunitetin hansı müddətə davam etməsi ilə bağlı elm adamları hələ də araşdırmalarına davam edir.

Paylaş »
››› İcra başçısının azad olunmuş ərazilərdən yayılan videosu qalmaqal yaratdı – Video
››› "Yarım addım qalıb... Biz istəyəndə sülhməramlılar çıxıb gedəcək"
››› Moskvada Azərbaycan restoranını dağıdan ermənilərə hökm oxundu
››› Qalmaqallı generalın həbsdəki qardaşı haqqında yenə cinayət işi başlandı
››› İran 32 dövlətin vətəndaşına ölkəyə giriş qadağası qoydu
››› İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı
››› Paşinyan sərəncamını geri qaytaran Sarkisyanı tənqid etdi
Son xəbərlər
Bütün xəbərlər »