Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lavrov: “Moskva Aİ ilə normal münasibətlərə qayıtmağa hazırdır, seçim Brüsselindir”
Sergey Lavrov

“Rusiya və Avropa İttifaqı (Aİ) münasibətlərindəki kəsilmə çoxdan baş verir. Bunun təşəbbüskarı Avropa İttifaqıdır”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov finlandiyalı həmkarı Pekka Haavisto ilə Sankt-Peterburqda keçirdiyi görüşün yekunlarına dair birgə mətbuat konfransında deyib.

“Prinsipcə, Avropadakı vəziyyətlə az da olsa maraqlanan insana Rusiya-Aİ münasibətlərinin kəsilməsinin artıq uzun illərdir getdiyi çoxdan məlumdur. Münasibətləri ardıcıl olaraq Avropa İttifaqı kəsir”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

S. Lavrovun sözlərinə görə, Aİ ilə münasibətlərdə dönüş nöqtəsi 2014-cü ildə olub: “Nə vaxt ki, Ukraynada dövlət çevrilişi baş verdi və Aİ çevriliş öncəsi hakimiyyətlə müxalifət arasında Almaniya, Fransa və Polşanın imzası ilə əldə olunan razılığa münasibətdə öz köməksizliyini göstərdi. Müxalifət bu imzalara və Aİ-nin fikrinə tüpürdü”.

Rusiya XİN başçısı ölkəsinin Aİ ilə dialoqu davam etdirməyə hazır olduğunu vurğulayıb: “Artıq uzun illərdir Rusiya xarici işlər naziri ilə Aİ-nin Ali Nümayəndəsi Cozep Borrell və onun sələfi Federika Moqerini arasında təmaslar əsasən Avropa İttifaqı ilə münasibətlərə deyil - münasibətlərdən demək olar heç nə qalmayıb - Suriya böhranına və İranın nüvə proqramına həsr olunub. Hazırkı böhranlara baxmayaraq, Moskva Aİ ilə normal münasibətlərə qayıtmağa hazırdır. Seçim Brüsselindir, lakin hadisələrin hər hansı inkişafını istisna etmək olmaz. Biz hadisələrin hər hansı inkişafına hazır olmağa borcluyuq. Əgər Brüssel qərar versə ki, münasibətləri bərpa etmək lazımdır, o zaman biz buna da hazır olacağıq”.(apa)

Paylaş »
››› Rusiyada azərbaycanlı gənc ermənini üzr istəməyə məcbur etdi - Foto
››› Qasparyan: “Bakı-Tbilisi-Ceyhan”ı raketlə vurmaq istədim, Paşinyan qoymadı”
››› “İskəndər” partlaması: Ordu Paşinyana qarşı qiyama qalxdı - Kreml nə etmək istəyir...
››› Nostradamus mayın 10-na hansı hadisələri proqnoz edib – Tədqiqatçı açıqladı
››› “Hazırda Dağlıq Qarabağda “əsəb çəkişməsi” yaşanır”
››› Ermənistanda dövlət çevrilişinə cəhd: Paşinyanın da tərəfdarları paytaxta toplaşır
››› “Məmur korpusunda irimiqyaslı təmizləmə əməliyyatı olacaq”
Son xəbərlər
Bütün xəbərlər »