Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarabağ “Ağıllı şəhər”ə və “ağıllı kənd”ə çevriləndə belə olacaq
Qarabağ “Ağıllı şəhər”ə və “ağıllı kənd”ə çevriləndə belə olacaq

Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhər”, hətta “ağıllı kənd”lər yaratmaq istəyir.

“Ağıllı şəhər” və “ağıllı kənd”lərdə problemlər texnoloji yolla həll edilir. Bu texnologiyaların tətbiqi insanların həyat keyfiyyətini yaxşılaşdırır. “Ağıllı şəhər”in ölçülərindən biri daha yaxşı iş imkanları və iqtisadi mənfəət gətirməkdir.

Qarabağın azad edilən ərazilərinin bərpasının ardıcıllıqla reallaşdırılacağı bildirilib. Minalar­dan təmizləmə prosesi və ziyanın qiymətləndirilməsi həyata keçiriləndən sonra infrastruktur layihələrinin icrasına başlanılacağı deyilir.

Bizimyol.info xəbər verir ki, fevralın 14-də Prezident İlham Əliyev Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfər edərkən deyib ki Zəngilan rayonunda birinci “ağıllı kənd” layihəsi icra ediləcək: “Bu gün layihəyə start verilir. Artıq ilkin araşdırmalar aparılıb. Bu, dağılmış Ağalı kəndidir. Bərpa ediləcək birinci kənd məhz bu kənddir”.

Dövlətimizin başçısına Zəngilan rayonunun Üçüncü Ağalı kəndində icra olunacaq “ağıllı kənd” layihəsi barədə məlumat verildi.

Bildirildi ki, kənddə layihənin icrası əsasən 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələridir.

“Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz bildirib ki, ölkədə "Ağıllı şəhər və kənd" konsepsiyasının hazırlanması istiqamətində işlərə Böyük Britaniya, İtaliya, Türkiyə, Yaponiya və Almaniya şirkətlərinin cəlb edildiyi deyilir.

“Ağıllı kənd" çərçivəsində ilk öncə adı çəkilən ərazidə mobil və telekommunikasiya infrastrukturun qurulmasına, əsasən aqrar sahənin rəqəmsallaşmasına, külək və günəş enerji sistemlərinin qurulmasına, kəndlə əlaqəli dövlət xidmətlərinin elektronlaşmasına, ASAN Xidmətin kənd modelinin yaradılmasına, əhalinin rəqəmsal bacarıqlarının artırılmasına diqqət yetiriləcək”,-deyə O.Gündüz bildirib.

Ekspert qeyd edib ki “Ağıllı şəhər və kənd” layihəsinin reallaşacağı ərazilər əsasən aqrar regiondur: “Bu baxımdan güman ki, burada əsasən aqrar sahənin, kənd təsərrüfatı xidmətlərinin rəqəmsallaşmasına da üstünlük veriləcək.

Büdcədən vəsait ayrılıb və kənd təsərrüfatı sisteminin yenidən qurulması ilə nəzərdə tutulub”.

Son xəbərlər
Bütün xəbərlər »