Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğandan ABŞ və Baydenə sərt sözlər: "Terrorçuların yanında və arxasındasınız"
Rəcəb Tayyib Ərdoğan

“ABŞ tərəfindən qətliamla bağlı açıqlama verilib. Bəs siz terrorçuların yanında deyildiniz? Bəs siz PKK-nın yanında deyildiniz? Bəs siz YPG-nin yanında deyildiniz? Terrorçuların yanındasınız və arxasındasınız”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Təəssüf ki, bunu lap əvvəldən görmüşük. Bunlar İraqın şimalına minlərlə “TIR” tank, silah-sursat gətiriblər və bu silah-sursatı terrorçulara təhvil veriblər. Bu terrorçularla bizim təhlükəsizlik xidmətimiz mübarizə aparıb, döyüşüb. İndi vəziyyətdən qaçış yoxdur. Əgər NATO ilə müttəfiqliyimizi davam etdirəcəyiksə, bizə qarşı səmimi olacaqsınız. Terrorçuların yanında durmayacaqsınız”, - deyə Türkiyə Prezidenti qeyd edib.

Ərdoğan ABŞ Prezidenti Co Baydenə də müraciət edib.

“Cənab Bayden, PKK terror təşkilatını yaxşı tanı, FETÖ terror təşkilatının cinayətkar əməllərini də unutma”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

Qeyd edək ki, dünən Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında Qara əməliyyat bölgəsində PKK/YPG-ya qarşı apardığı “Pəncə Qartal-2” hərəkatında terrorçuların mağarasından 13 günahsız Türkiyə vətəndaşının meyitinin aşkarlandığını bildirib. Altı il əvvəl girov götürülən həmin şəxslər arasında Türkiyənin müdafiə və daxili işlər nazirliklərinin əməkdaşları da var.(apa)

Paylaş »
››› Yeni karantin “müjdəsi” - anlaşılmayan qərarlar
››› Ermənistan ordusunun polkovniki müharibə haqda sensasion məlumatlar açıqladı
››› “Əvvəl İsraildə səfirliyimizin açılmasına İran mane olurdu, indi isə…” – Sabiq XİN rəhbəri
››› Türkiyə həkimi Elmar Vəliyevin anlaqlı olmadığını təsdiqlədi
››› Mübariz Mənsimovun bacısı: “Çörəyini yeyib ona pislik edənlər oldu... İndi çox sevinirəm"
››› Yaşı 5-dən çox olan avtomobillərin idxalı dayandırılır: "Təbii ki, qiymətlər artacaq" 
››› Mübariz Mənsimov: "Mən sadəcə, dövlətə, şəhid ailələrinə, tələbələrə yardım etmişəm"
Son xəbərlər
Bütün xəbərlər »