Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanın çəkdiyi xəritələr sosial şəbəkələrdə bloklanır - Yeni qalmaqal
Azərbaycan nümayəndələri Şurnuxu kəndində

Ermənistanda növbəti qalmaqal "Google" və digər sosial şəbəkələrlə bağlıdır.

Bizimyol.info xəbər verir ki, Ermənistan müxalifətinin fikrincə, bu elektron xidmətlər Azərbaycana işləyir. Səbəb də budur ki, "Google"-un GPS sisteminə əsasən hazırda Ermənistanın nəzarətində olan bir çox ərazi vahidləri Azərbaycan ərazisi olaraq görünür. Halbuki GPS sistemi yeni deyil, həmişə belə olub, sadəcə, indi Azərbaycan o sistemə əsasən, ərazilərini geri alır.

Sosial şəbəkələr isə, xüsusən də "Feysbuk" Azərbaycan və Ermənistan mövzusunda bütün xəritələrin beynəlxalq hüquqla tanınan sərhədlərə uyğun gəlməsini tələb edir, Qarabağı Azərbaycandan kənarda, o cümlədən Ermənistanın tərkibində təsvir edən xəritələri bloklayır. "Tvitter"in də bir sıra xidmətləri bu istiqamətdə süni intellekti işə salıb. Bundan əlavə "Google"-un da xidmətləri xəritələrə düzəlişlər etməyə başlayıblar və proses Ermənistan müxalifətini narazı salıb.

Bu barədə müzakirələr özünü insan haqları müdafiəçisi kimi təqdim edən Avetik İşxanyanın sosial şəbəkə paylaşımından sonra gündəmə gəlib. O bildirib ki, Ermənistan sadəcə, Qarabağda deyil, İnternetdə də məğlub olub: "İnternetdəki məğlubiyyətimizdəndən sonra Ermənistan xalqının aşağılanması davam edir. "Google" nədənsə GPS sistemi ilə Ermənistan ərazilərini Azərbaycana "ötürür". Bu gün sosial şəbəkələr də birgə "Ermənistan-Artsax" xəritəsini "qəbuledilməz məzmunlu" bir material adlandıraraq bloklamağa başlayıblar. Sosial şəbəkələrin qərəzi maraqlıdır - nədənsə Türkiyə İmperiyasının xəritələrini, Azərbaycanın bizim toponimləri əks etdirən şərab etiketlərini, xəritələri və "uyğunsuz məzmunda" bir çox oxşar materialları görmürlər. Əlbətdə ki, bütün bunlar savaşın davamıdır, təbliğatdır - Türkiyə və Azərbaycanın böyük pullar xərclədiyi bir təbliğat. Bəs bizim dırnaqarası hökumətimiz, yüksək texnologiyalar nazirimiz, "güclü, qabaqcıl" informasiya texnoloqlarımız hara baxırlar?

Bağışlayın, unutmuşdum, axı onların heç biri Ermənistan, Qarabağ, Sünik (Zəngəzur - red.) sərhədlərimizlə maraqlanmır. Hamısı yalnız Qarabağı təhvil verən "bütləşdirilmiş lider"in şıltaqlıqlarını təmin etməklə məşğuldur, texnologiyalar və təbliğat yalnız müxalifət xadimlərini, onlara rəğbət bəsləməyən insanları nüfuzdan salmağa yönəlib.

Amma bəlkə də Azərbaycan yox, əslində Ermənistan hökuməti sosial şəbəkələrə bu xəritələri yığışdırmqla bağlı müraciət edib".

Qeyd edək ki, Ermənistan 30 il ərzində Azərbaycanla sərhəddə yerləşən bir çox kəndləri zaman-zaman zəbt edib ki, nə vaxtsa rayonlar qaytarılarsa, o kəndlər əllərində qalsın. Amma bu hiyləgər plan işə yaramayıb və hazırda Azərbaycan bütün əraziləri addım-addım geri alır.

Proses Ermənistanda etirazlarla qarşılansa da, başa düşürlər ki, sərhədlərin dəqiq demilitasiya olunması qarşısıalınmaz prosesdir.

Vazgen Manukyan Vazgen Manukyan

Vazgen Manukyanın başçılıq etdiyi müxalifət bloku bununla bağlı olaraq fevralın 20-də Azadlıq meydanında mitinq təyin edib. Amma son vaxtlar müxalifətin çağırışları əsasında aksiyalara qoşulanların sayı əhəmiyyətli dərəcədə azalıb.

Paylaş »
››› Sülhməramlıdan BBC-yə açıqlama: "Azərbaycan hər mübahisəli ərazi üçün axıra qədər gedəcək"
››› Bayden: "İranın Suriyadakı silahlılarına zərbə mənim göstərişimlə endirildi"
››› Almaniya və Rusiya arasında kəşfiyyat qalmaqalı
››› Təcavüzdə ittiham olunan məşhur aktyor: “Mən neyləyə bilərəm ki?”
››› Nazir Baş direktoru işdən çıxardı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Sevgilisi başqası ilə nişanlanan 20 yaşlı gənc intihar etdi
Son xəbərlər
Bütün xəbərlər »