Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycan ordusu Vətən müharibəsində əldə etdiyi nailiyyətləri Türkiyə ordusu ilə bölüşür”
Türkiyə və Azərbaycan hərbçilərinin birgə təlimi davam edir - Video

Xəbər verildiyi kimi fevralın 1-dən 12-dək davam edən Azərbaycan və Türkiyə ordularının Türkiyənin Qars bölgəsində keçirdikləri hərbi təlimlər keçirilib.

Ənənəvi olaraq keçirilən təlimlər bu dəfə Vətən müharibəsindən iki ay sonra keçirilib. Bu təlimlər iki ölkə arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində keçirilib. Amma Ermənistan bu təlimlərdən narahatlığını ifadə etməkdədir.

Bu təlimlərinin hərbi, siyasi və mənəvi əhəmiyyəti ilə bağlı Bizimyol.info-ya açıqlama verən Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli bildirib ki, hərbi təlimlər nəticəsində Azərbaycan Vətən müharibəsində qısa müddətdə böyük zəfər əldə edib.

Emin Həsənli Emin Həsənli

“Azərbaycan Silahlı Qüvvələri döyüş hazırlığının yüksək olması üçün təlimlərin çox mühüm əhəmiyyəti var. Azərbaycan ordusu bütün hava şəraitlərinə uyğun təlimlər keçirlər. Zamanında həm yay, qış təlimləri dağda, düzənlikdə, bütün çoğrafi vəziyyətlərə uyğun təlimlər keçirir. Bu təlimlər nəticəsində biz Vətən müharibəsində qısa müddətdə böyük zəfər əldə etdik”,-deyə E.Həsənlo bildirib.

Ekspert qeyd edib ki zamanında Türkiyə dövləti Azərbaycanın ordu quruculuğunda çox böyük dəstəyi olub: “Qardaş Türkiyə ilə biz müttəfiq dövlətik, strateji tərəfdaşıq. Və biz qardaş ölkəyik. Beynəlxalq hüquqda qardaşlıq anlayışı yoxdur, amma Azərbaycan və Türkiyə bu anlayışı beynəlxalq müstəviyə gətirdi.

Ordu həm Azərbaycanın, həm də Türkiyənin müstəqilliyinin təminatçısıdır. Qardaş ölkələrin müqavilələri var. Həmin sənədlərə əsasən lazım olarsa, hərbi yardım belə edilə bilər. Strateji tərəfdaşlıq və dostluq müqavilələrinə görə iki ölkənin ordusu qarşılıqlı təlimlər keçir. Qarsda qış təlimlər keçirilir. Qış da müharibənin olacağını istisna etməyərək deyə bilərik ki, bu təlimlərinin çox böyük əhəmiyyəti var. Ordunun daim yüksək döyüş hazırlığı olmalıdır.

Qarsda keçirilən qış təlimində yeniliklər öyrənilir və tətbiq edilir. Azərbaycan ordusu da Vətən müharibəsində əldə etdiyi nailiyyətləri qardaş ölkənin ordusu ilə təlimlərdə bölüşür. Zamanında Türkiyə dövləti Azərbaycanın ordu quruculuğunda çox böyük dəstəyi olub. Bu gün də kadrların hazırlanmasından tutmuş digər məsələlərə qədər Azərbaycanla Türkiyə bir-birinə dəstək olur, yardım edir”.

Paylaş »
››› Hacıbala Abutalıbov Bakıdan köçüb
››› Martın 7-nə olan hava proqnozu
››› Avropaya açılan Naxçıvan dəhlizindən hansı ölkələr yararlanacaq...
››› Həkim yanlışlığı tanınmış vəkilin ayağının kəsilməsinə səbəb olub
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Polis Sarkisyanın iqamətgahını mühasirəyə aldı
››› Aram Qabrelyanov: "Ermənistanda hakimiyyətə yeni Njde gələcək"
Son xəbərlər
Bütün xəbərlər »