Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ağıllı şəhər və kənd” nə deməkdir...
Lənkəran şəhəri

İşğaldan azad olunmuş ərazilərlə bağlı danışarkən prezident İlham Əliyev tez-tez “ağıllı şəhər” və “ağıllı kənd” ifadələrindən istifadə edir.

Bu ifadələr ingilis dilindən gəlir: “Smart city” və “smart village”. Bu kontekstdə “smart” ağıldan çevik istifadə anlamını verir. Çağdaş texnologiyalardan istifadə etməklə şəhər və ya kəndin idarəçiliyində ən yüksək səmərəyə nail olmaq: hədəf budur.

Yəni, real zaman kəsimində şəhər və ya kəndlə bağlı bütün informasiyalar müəyyən mərkəzdə cəmləşir və həmin informasiyalar üzərindən situasiyanın tələbinə uyğun olaraq effektiv addımlar atılır. Bu üsul 2000-ci ildən dünyanın gündəmindədir. Getdikcə daha çox ölkə (inkişaf etmiş və inkişafa can atanlar) bu üsuldan yararlanmağa çalışır.

O da aydındır ki, Azərbaycanda “ağıllı” şəhər və ya kənd salmaq üçün mütəxəssislər yox səviyyəsindədir. Bəs bu işi kim görəcək? Bəllidir ki, intellektlə bağlı işlərdə yəhudilər öndə gedirlər. İsrail şirkətləri bu sahədə böyük uğurlar qazanıb və dünyanın dörd tərəfində bu kimi layihələri həyata keçirirlər. Təsadüfi deyil ki, 2014-cü ildə Təl-Əviv “Dünyanın ən ağıllı şəhəri” mükafatına layiq görülüb.

Heç şübhəsiz ki, Azərbaycanla İsrail strateji müttəfiq olduğuna görə işğal olunmuş ərazilərdə ağıllı şəhər və kəndlərin salınması yəhudi mütəxəssislərə həvalə oluna bilər.

Avropa Birliyində bu məsələ xüsusi önəm daşıyır. Ağıllı şəhər və kəndlərin çoxalması üçün göstərilən təşəbbüslərə hərtərəfli dəstək verilir. Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasına (ASEAN) 10 ölkə daxildir. Sinqapur başda olmaqla bu ölkələr də ağıllı şəhər konsepsiyasına ciddi maraq göstərir. Bu istiqamətdə, hətta bir çox Qərb ölkələrini geridə qoyublar. Çin və Hindistan kimi əhalisinin sıxlığı ilə seçilən ölkələr də müasir texnologiyalara istinadən idarə olunan ağıllı şəhərləri getdikcə daha çox ön plana çıxarırlar. ABŞ, Kanada, Avstraliya kimi ölkələrdə də bu konsepsiya ciddi uğur qazanıb.

“Cisco”, “Schneider Electric”, “IBM”, “Microsoft” kimi dünyanın ən nəhəng şirkətləri ağıllı şəhər konsepsiyasının daha da təkminləşdirilməsində xüsusi fəallıq göstərirlər.

Ümumiyyətlə, ağıllı şəhər və kənd konsepsiyası çağdaş dünyanın reallıqlarına söykənir. Müasir texnologiyanın verdiyi üstünlüklərdən yararlanmağa hesablanıb. Mükəmməl əməkdaşlıq formasıdır: vətəndaş, məmur, iqtisadiyyat, elm və siyasət bir araya gəlir və eyni məqsədə-effektiv idarəçiliyə işləyir.

Qərbdə smart economy (ağıllı iqtisadiyyat), smart people (ağıllı cəmiyyət), smart governance (ağıllı dövlət idarəçiliyi), smart environment (ağıllı ətraf mühit) smart living (ağıllı həyat (tərzi)) kimi ifadələr də var. Təbii ki, Qərbdə bu ifadələr real həyatda öz tətbiqini tapıb. Elə bu cür mütərəqqi üsullardan istifadə etdiyinə görə, Qərb sivilizasiyası bəşər sivilizasiyasının önündə gedir.

“Juniper Research” mərkəzinin hesabatına görə, 2015-ci ildə dünyanın ən ağıllı şəhəri elan olunan Barselonada hər il “Smart City Expo World Congress” adlı tədbir keçirilir. Ağıllı şəhər konsepsiyasının həyata keçirilməsi üçün çalışan şirkətlərin istehsal etdiyi ən yeni texnologiyalar həmin tədbirdə nümayiş etdirilir.

Bu məsələ ilə bağlı bir maraqlı fakta da toxunum. 2001-ci ildə Misir ağıllı kənd konsepsiyasına müraciət etdi. Bunun üçün Qahirə yaxınlığında 450 fedan (ərəb ölçü vahidi. Bir fedan 4.200 kv.metrdir. E.H) ərazi ayrıldı. Bu, “ağıllı kənd” anlamından çıxaraq qısa müddət ərzində möhtəşəm biznes mərkəzinə çevrildi. Bu ərazi o qədər məşhurlaşdı ki, Misirin bir çox nazirlikləri belə həmin əraziyə daşındılar. Niyəsi də məlumdur. Çünki həmin ərazidə hər şey bir-biri ilə vəhdətdə idi və bir-birini tamamlayırdı.

Mən işğaldan azad olunmuş ərazilərdə salınacaq ağıllı şəhər və kəndlərə son dərəcə müsbət baxıram. Hesab edirəm ki, millət və dövlət olaraq çağdaş texnologiyalardan, o cümlədən informasiya və kommunikasiya texnologiyasından nə qədər səmərəli istifadə etsək, bir o qədər irəli getmiş olarıq. İnkişaf və tərəqqi isə irəlidədir.(musavat.com)

Paylaş »
››› İcra başçısının azad olunmuş ərazilərdən yayılan videosu qalmaqal yaratdı – Video
››› "Yarım addım qalıb... Biz istəyəndə sülhməramlılar çıxıb gedəcək"
››› Qalmaqallı generalın həbsdəki qardaşı haqqında yenə cinayət işi başlandı
››› Ermənistanda prezidentə qarşı impiçment: “Qan da tökülə bilər”
››› Bakıda iki fəhlə köhnə şkafdan 25 paçka dollar tapıblar: "Elə bildik ermənidən qalıb ..."
››› Məmurlar saxta QHT-lər vasitəsilə milyonlar mənimsəyirlər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »