Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cənub Qaz Dəhlizi layihəsindəki uğurumuz tarixi hadisədir
Tebii qaz

Fevralın 11-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında VII iclası keçirilib. İclasda iştirak edən ölkələrin sayı əvvəlki iştirakçı sayından artıq olub. Beləki iclasda 18 ölkə, 19 şirkət və 5 aparıcı beynəlxalq maliyyə təsisatı təmsil olunub.

Bu nəhəng layihənin inşasında iştirak edən dövlətlər - Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya vahid ideya ətrafında toplaşmış şirkətlərdən ibarət böyük bir qrupa çevrilib. Dünyanın aparıcı beynəlxalq maliyyə təsisatları – Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankı layihədə iştirak edib. Cənub Qaz Dəhlizi layihəsinin uzunluğu 3500 kilometrdir və layihə 7 ölkəni birləşdirir. Boru xətti çox mürəkkəb coğrafi məkanlardan, hündürlüyü 2500 metr olan dağlardan, 100 kilometrdən artıq hissəsi isə Adriatik dənizinin dibindən keçir. Layihənin dəyəri ilkin olaraq 44,6 milyard dollar məbləğində hesablansa da səmərəli idarəçilik və düzgün planlaşdırma nəticəsində dəyəri 33 milyard dollara enmişdir. Azərbaycan layihəyə 10 milyard dollar ayırıb və biz Cənub Qaz Dəhlizinin həyata keçirilməsinin hər dörd seqmentində - “Şahdəniz”, Cənubi Qafqaz boru kəməri, TANAP və TAP-da iştirak etmişik.

Dövlət başçısı gələcəyə dair planlardan danışarkən İonik-Adriatik boru kəmərinə dair məsələlərin müzakirəsini vacib hesab etdiyini bildirib:

Neft kəməri - BTC

“ TAP-ın başa çatdırılması İonik-Adriatik boru kəmərinin inşasına imkan yaradır. Biz Qərbi Balkan ölkələri ilə anlaşma memorandumlarını artıq imzalamışıq. İonik-Adriatik boru kəməri həyata keçirildikdən sonra biz təchizat marşrutlarımızı şaxələndirmək imkanı əldə edəcəyik və Qərbi Balkan dövlətləri üçün də yeni imkanlar yaradacağıq”

Azərbaycan öz enerji resurslarını inkişaf etdirməyə davam edəcək. 400 milyard kubmetr qaz ehtiyatına malik olan “Babək” yatağı və “Abşeron” qaz-kondensat yatağının 350 milyard kubmetr ehtiyatı olan “Abşeron” qaz- kondensat yatağı , 200 milyard qaz ehtiyatı olan “Ümid” yatağı gələcəyə dair gözəl planlar qurmağa imkan verir. Bunlar təsdiqlənmiş ehtiyata malik olan yataqlardır , üstəlik Xəzər dənizinin Azərbaycana məxsus sektorunda kəşfiyyat mərhələsində olan digər layihələr də var . Bütün bunlar şaxələndirilmiş bu neft-qaz kəmərləri şəbəkəmizin gücünü artıracaq.

Azərbaycanın kommersiya qazının Trans-Adriatik Boru Kəməri vasitəsilə Avropaya tədarükünün başlanması ilə Cənub Qaz Dəhlizinin strateji məqsədinə nail olundu. Bu qlobal enerji təhlükəsizliyi layihəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yüksək siyasi iradəsinin və qətiyyətli enerji siyasətinin töhfəsidir. İlham Əliyevin irəli sürdüyü bütün təşəbbüslər əzmlə reallığa çevrilir. Avropaya təbii qazın nəqli tədarük bazarlarını şaxələndirməklə istehsalçı kimi ölkəmizin, mənbə və marşrutları diversifikasiya etməklə isə istehlakçı ölkələrin enerji təhlükəsizliyini gücləndirəcək. Böyük coğrafiyada inkişafa və sabitliyə töhfə verəcək. 25 il ərzində Avropa ölkələrinə tədarük ediləcək illik 10 milyard kubmetrdən çox qaz həcminin 8 milyard kubmetri İtaliyaya, 2 milyard kubmetri bərabər şəkildə Yunanıstan və Bolqarıstana, qalan hissəsi isə ətraf bazarlara ixrac olunacaq. Avropanın cənubunun yeni mənbədən qazla təchiz edilməsi isehlakçıların daha münasib şərtlərlə enerji ilə təminatına, dekarbonizasiyaya töhfə verməklə bərabər, qitənin Xəzər regionu ilə birləşdirilməsinə də xidmət edir.

Bu gün Xəzər qazının Avropaya nəqlinə başlanması həm də tərəfdaş ölkələr, şirkətlər, beynəlxalq maliyyə institutları ilə nümunəvi əməkdaşlığın, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya hökumətləri və Avropa İttifaqının Cənub Qaz Dəhlizinə davamlı yüksək dəstəyinin məntiqi nəticəsidir.

Qarşılıqlı faydalı çoxtərəfli əməkdaşlığı ehtiva edən Cənub Qaz Dəhlizi layihəsi üzrə növbəti bu birgə uğurumuz qlobal enerji təhlükəsizliyi sistemini möhkəmləndirəcək tarixi hadisədir.

İlhamə Rəsulova

Paylaş »
››› Paşinyan yenə Rusiyaya "ilişdi"
››› Ata oğlunu qurban kəsdi: “Allah yolunda belə addım atdım” - Foto
››› Ermənistan yeni terror təşkilatı yaradıb, təlim keçir: “Onların ərazi itkisi ilə nəticələnə bilər”
››› Türkdilli dövlətlərin ordusu yaranır: “Bu, ciddi mesajdır”
››› Qərb Rusiyanı Ermənistanın əli ilə vurur
››› “İsgəndər” raketi Bakı üzərində vurulub - Britaniya mətbuatının məlumatı - Video
››› Bu ay yeni bahalaşma dalğası gözlənilir
Son xəbərlər
Bütün xəbərlər »