Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Hərbi hərəkətlilik ermənilərin güclənməsinə və azərbaycanlıların bu bölgəyə qayıtmamasına hesablanıb”
Azərbaycan ordusu Kəlbəcərdə

Qarabağdakı Rusiya sülhməramlı qüvvələri növbəti dəfə hərbi təlim keçiblər.

50-yə yaxın hərbçinin cəlb edildiyi təlim Ağdərədə baş tutub. Təlimdə minaatanlardan və pulemytolardan istifadə olunub.

Qeyd edək ki, Rusiya sülhməramlıları sonuncu dəfə fevralın 3-də Qarabağda hərbi təlim keçmişdilər.

Əgər, bunlar sülhməramlı qüvvələrdirsə, atıcı silahlara malikdirsə, geniş poliqonda onların hərbi təlimləri kimə və nəyə hesablanıb? Rusiya sülhməramlı qüvvələrinin mainaatanlardan istifadə etməsi sonradan razılaşmaya salınıb?

Politoloq, Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə Bizimyol.info-ya verdiyi açıqlamada qeyd edib ki, Azərbaycanın qələbəsi və Ermənistanın məğlubiyyətini rəsmiləşdirən 10 noyabr Bəyannaməsinə əsasən Dağlıq Qarabağ yeridilən Rusiyanın sülhməramlı qüvvələri üç ay ərzində öz mandatından kənar fəaliyyətlə məşğuldur. Onun sözlərinə görə, mandatından kənar dedikdə, sülhməramlı qüvvələrin beynəlxalaq mandatı yoxdur, bu gün sülhmərmalı kimi deyil, real Rusiyanın peşəkar döyüşüçülərindən ibarət bir hərbi birləşməsi kimi fəaliyyət göstərirlər.

Məhəmməd Əsədulzadə Məhəmməd Əsədulzadə

“Çünki, onların üç ay ərzində fəaliyyətləri yalnız sülhün və təhlükəsilziyin deyil, separatizmi müdafiə edərək, 10 gündən bir hərbi təlimlər keçirir. Demək, missiya başqadır və onlar bundan sonra geniş çaplı proqrama malikdir. Artıq Rusiya sülhməramlı qüvvələri Ağdərdə kiçik və iri çaplı minatanalardan istifadə edərək təlimlər keçirir. Sülhməramlı qüvvələrin belə bir ağır silahlardan istifadə etməsi qadağandı və razılaşmada onların bu ağır silıahlardan istifadə edilməməsi təsbit edilmişdi. Amma, porses göstərir ki, onların fəaliyyəti yalnız öz hərbi imkanlarını inkişaf etdirmək, sülhü və təhlükəsilziyi deyil, aktiv döyüş aktivliyini qoruyub saxlamaqdır”.

Politoloqun sözlərinə görə, əgər, razılaşma yoxdursa, rəsmi Bakı və Ankara ciddi şəkildə Rusiyaya etiraz etməli və belə bir ağır silahların istifadəsini qadağan etməlidir. Kiçik bir ərazidə heç bir təhdidin olması müqabilində sülhməramlı qüvvələrinin minaatanlardan istifadə etməsi qəbuledilməzdir.

“Rusiya bu gün minaatanlardan istifadə edəcəksə, sabah Dağlıq Qarabağa ağır silahlar tank, top və raket sistemləri yerləşdirə bilər. Bunun qarşısı alınmalı və Rusiya sülhməramlı qüvvələrinin fəaliyyəti nizamnamə ilə tənzimlənməlidir. Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında Rusiya istədiyi hərbi hərəkətlilik ermənilərin güclənməsinə və azərbaycanlıların bu bölgəyə qayıtmamasına hesablanıb. Məhz Rusiya prezidenti V. Putin Rusiyanın Qarabağ məsələsində mövqeyinin möhkəmlənməsindən fəxr etdiyini qeyd edir. Amma, bu müvəqqətidir. Azərbaycan və Türkiyə birgə hərbi ittifaqı Qarabağda Rusiyanın bu hərəkətliliyini neytrallaşdıracaq”,-deyə bildirib.

Leyla Mirzə

Paylaş »
››› Putinin “üçüncü qızı” danışdı: “Ona görə çox təhqir edirlər”
››› Bakı Metropoliteni: Sərnişinləri qarşılamağa hazırıq
››› Portuqaliya kinoşirkəti Xocalı faciəsini ekranlaşdırıb - Video
››› Dolların bahalaşması qızılı ucuzlaşdırdı
››› Azərbaycanda necə milyonçu olmaq olar: "Arxasında gözəgörünməz əl var"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Vladimir Jirinovski: Ermənistanı zorla Rusiyanın tərkibinə daxil etmək lazımdır...
Son xəbərlər
Bütün xəbərlər »