Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə kanalının verilişi Rusiyanı niyə qəzəbləndirib...
Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin

Türkiyənin TGRT kanalının verilişi Rusiyanı və Ukraynanın Moskvaya bağlı qüvvələrini narahat edib.

Bizimyol.info xəbər verir ki, verilişdən dərhal sonra Rusiya mətbuatında və Ukraynanın Kremlə tabe olan media orqanlarında geniş müzakirələr açılıb.

Bir sıra media qurumları bu verilişi Türkiyənin Rusiya və Ukraynaya qarşı ərazi iddiaları kimi təqdim ediblər.

Bəs Rusiyanı və tərəfdarlarını narahat edən verilişdə nədən söhbət gedib? TGRT kanalı sadəcə olaraq ABŞ-ın özəl kəşfiyyat mərkəzi olan "Stratfor"-un 12 il əvvəl yayımladığı proqnozları yenidən gündəmə gətirib, həmin xəritəni efirə çıxarıb və proqnozların zaman ötdükçə özünü doğrultmasına diqqəti çəkib. Həqiqətən də "Stratfor"-un 2050-ci ilə qədər verdiyi proqnozların önəmli maddələri artıq gerçəkliyə çevrilib.

TRT kanalında "Stratfor"-a istinadən Türkiyənin gələcək təsir dairəsini əks etdirən xəritə TRT-də Türkiyənin gələcək təsir xəritəsi

2009-cu ildə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə yaxınlığı ilə tanınan və reallıqda da özəl kəşfiyyat mərkəzi olan "Stratfor" 2050-ci ilə qədərki proqnozlarında bildirib ki, Türkiyə getdikcə qlobal gücə çevriləcək, o cümlədən Cənubi Qafqazı (hətta Ermənistan da daxil olmaqla) və Rusiyanın cənub hissəsini, Yunanıstanın bir hissəsini, Şərqi Avropanın bir hissəsini, o cümlədən hazırda Rusiyanın işğalı altında olan Ukraynanın Krım yarımadası və hazırda münaqişə ocağı olan Donbası, bundan başqa Fars Körfəzinin neft ölkələrini, Liviya, Misir, Suriya, Səudiyyə Ərəbistanı və bir çox başqa əraziləri öz nəzarətinə götürəcək.

Bu məsələ Rusiyada ona görə qıcıqlanma yaradıb ki, proqnozların önəmli hissəsi artıq gerçəkliyə çevrilib. Türkiyə artıq Azərbaycan vasitəsilə Cənubi Qafqazda real gücə çevrilib və burada Rusiya öz nüfuzunu Ankara ilə paylaşmağa məcbur olub. Bundan başqa Türkiyə Yaxın Şərqdə də başlıca gücə çevrilməkdədir. Liviya faktiki olaraq Türkiyənin nəzarətindədir. Bir çox Afrika ölkələrində də Türkiyənin təsiri aşkar şəkildə hiss olunur.

Türkiyənin Ukraynaya da təsiri güclüdür. Hətta Krımın Ukraynanın nəzarətinə qaytarılması üçün məhz Türkiyənin təşəbbüsü ilə "Krım platforması"nın yaradılması nəzərdə tutur. Amma bu arada təkcə Rusiya mətbuatı deyil, həmçinin Ukraynanın rusdilli mediasında da Türkiyə əleyhinə materiallara rast gəlinir. Onlar hesab edirlər ki, Türkiyə Krımı Ukraynaya qaytarmaq adı altında Rusiyanın nəzarətindən çıxarıb ələ keçirməyi planlaşdırır. Baxmayaraq ki, Türkiyə dəfələrlə Krımı Ukraynanın bir hissəsi olaraq tanıdığını bəyan edib.

Digər maraqlı məqam Ermənistanın Rusiyanın təsirindən çıxıb Türkiyənin təsir dairəsinə keçməsi ilə bağlı proqnozdur. İndi Rusiyada aydın şəkildə görürlər ki, artıq Ermənistanda Kremlə münasibət əvvəlki kimi deyil. Ermənistanın rəsmi şəxsləri isə Türkiyə ilə yaxşı münasibətlər qurmaqdan danışırlar. Bəlkə də 2009-cu ildə "Stratfor"-un bu proqnozu gülünc səslənirmiş, amma hazırda Qafqazda, o cümlədən Ermənistanda yaşananlar Rusiyanın "ağıllı" dairələrini o "gülünc" proqnozlara bir daha baxmağa məcbur edib. Hətta indi də Ermənistanın Türkiyənin təsiri altına keçməsi tam inandırıcı görünməyə bilər. Amma etiraf edək ki, 2009-cu ildə kimsə desəydi ki, Ermənistanda vəzifəli şəxslər Türkiyə ilə yaxşı münasibətlər qurmaqdan danışacaqlar, şübhəsiz, bu fikirləri ağılsızlıq adlandırardıq.

Rusiyanın ictimai dairələri və mətbuatı da o proqnozların necə gerçəkləşdiyini görürlər və məhz ona görə də ciddi bir narahatlıq dalğası baş qaldırıb. Türkiyənin Osmanlı İmperiyasını bətpa etməsindən danışırlar. Mətbuatda hədə-qorxu tonu da yer alır, Türkiyəni Rusiyaya qarşı ərazi iddialarında ittiham edirlər və böyük savaşdan danışırlar.

Amma Krım kifayət qədər həssas məsələdir. Bu yarımada heç vaxt Rusiyanı qəbul etməyəcək. Əhalisi türkdilli tatarlar olan yarımada Türkiyəni özünə ən yaxın ölkə sayır. Burada Türkiyənin və ayrıca olaraq, Ərdoğanın nüfuzu zirvədədir. Kreml də başa düşür ki, tez-gec Krımla bağlı danışıqlara oturmalı olacaq. Amma rəsmən Türkiyə heç vaxt Ukraynaya qarşı ərazi iddiaları irəli sürməyib. Məsələ ondadır ki, Krım Ukraynanın bir parçası olsa da, Türkiyənin nüfuz dairəsində yer alacaq.

Paylaş »
››› Rusiyada azərbaycanlı gənc ermənini üzr istəməyə məcbur etdi - Foto
››› Qasparyan: “Bakı-Tbilisi-Ceyhan”ı raketlə vurmaq istədim, Paşinyan qoymadı”
››› “İskəndər” partlaması: Ordu Paşinyana qarşı qiyama qalxdı - Kreml nə etmək istəyir...
››› Nostradamus mayın 10-na hansı hadisələri proqnoz edib – Tədqiqatçı açıqladı
››› “Hazırda Dağlıq Qarabağda “əsəb çəkişməsi” yaşanır”
››› Ermənistanda dövlət çevrilişinə cəhd: Paşinyanın da tərəfdarları paytaxta toplaşır
››› “Məmur korpusunda irimiqyaslı təmizləmə əməliyyatı olacaq”
Son xəbərlər
Bütün xəbərlər »