Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azəriqaz “-ın sayğacdəyişmə əməliyyatlarında ciddi qanun pozuntuları - Foto
Sayğac

Sayğacların normadan artıq sərfiyyat yazması ilə bağlı əhalinin narazılıqları uzunmüddətdir səngimir. Azəriqaz isə heç nə olmamış kimi prosesi davam etdirir və istehlakçıların hüquqlarının pozulmasını kobud surətdə pozur. Pozuntular nədən ibarətdir?

Bu suala cavabı iqtisadçı Samir Əliyev verir.

Samir Əliyev Samir Əliyev

1) “Azəriqaz”ın işçiləri sayğacları abunəçinin iradəsindən kənar, onun rəyini nəzərə almadan və xəbərdar etmədən dəyişir. “Qaz təchizatı haqqında” Qanunun 13.9-cu maddəsində yazılıb: “Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir.” Bizim nümunədə abunəçilərin sayğacların dəyişilməsindən ümumiyyətlə xəbərləri olmayıb.

2) Sayğacların dəyişdirilməsi abunəçinin iştirakı olmadan həyata keçirilib. Təsəvvür edin ki, əvvəlki sayğaclar smart kartlarla işlədiyindən abunəçilər mobil rabitə sistemində olduğu kimi əvvəlcədən kartlarının balansını artıblar. “Azəriqaz”ın işçiləri isə abunəçinin özü olmadan smart kartdakı balansı yeni sayğaca “köçürüblər”. Halbuki sayğaclar dəyişilən zamanı son göstərici abunəçinin iştirakı ilə akt əsasında götürülməli, abunəçinin özü tərəfindən imzalanmalıdır. Təsəvvür edin Xırdalanın Quşçuluq massivində bütün küçəni başdan-ayağa abunəçilərin xəbərləri olmadan sayğacları dəyişiblər. “Azəriqaz” necə sübut edəcək ki, balansda olan qaz ehtiyatını təhrif etmədən yeni sayğacn balansına köçürüb? Öz işçilərinin imzaları ilə?

3) Diqqəti çəkən məqamlardan biri də qabaqcadan ödəniş sistemi olan smart kartdan sonra abunəçiyə gələn ilk Bildirişdə borcun olmasıdır. Axı qabaqcadan ödəniş sistemində borc necə ola bilər? Xırdalanın Qaz idarəsində bunun səbəbini öyrənəndə deyiblər ki, sayğaclar dekabrın 15-i dəyişib və borc da ötən ilin son 15 günündə işlədilmiş qaza görə yaranıb. Cavab ağlabatan olsa da ərazidə yaşayan sakinlər bunu təsdiq etmirlər və deyirlər ki, sayğaclar daha gec - dekabrın 25-26-sı tarixlərində dəyişdirilib. İlk baxışdan tarixin önəm daşımadığını düşünə bilərik, əslində isə elə deyil. Bildirişə diqqət yetirsəniz görərsiniz ki, əvvəlki göstərici, yəni borc olaraq 536 m3 yazılıb. Yəni atamgil 6 günə 536 m3 qaz (107,2 manat) işlədib. Sanki su elektrik stansiyası işlədiblər. Özləri də bilirlər ki, sərfiyyat real və inandırıcı görünmür. Çıxış yolu sərfiyyatın müddətini 15 günə qədər artırmaq olub. Dərinə getsək hətta 15 gün üçün də bu göstərici çoxdur.

4) Bir də diqqətimi Bildirişin üzərindəki bu cümlə çəkdi: İlin əvvəlindən cari ayadək istifadə olunmuş qaz sərfiyyatı (kub metr ilə): 0.00. Bildirişin fevralın 1-də gəldiyini nəzərə alsaq belə çıxır ki, yanvar ayı ərzində qaz sərfiyyatı olmayıb.

“Azəriqaz”ın bu tip qanunsuzluğu adi hal alıb. Tarif Şurasının qazın qiymətinin artırılmasını müvəqqəti dayandırmasına sayğac əməliyyatı ilə kompensasiya edirlər. Sayğacları dəyişərək abunəçilərə sərfiyyatdan artıq borc yazırlar. Sayğaclardan şikayət edəndə isə smart sayğac quraşdırmağı təklif edir. Belə yerdə “durmuşdu da yerində, nə işin var idi” sözü yerinə düşür. Ölkədə qaz təminatı təbii inhisarçı olan Azəriqaz-ın səlahiyyətindədir. Əhalinin seçim hüququ yoxdur. Bazarda taksi şirkətlərində olduğu kimi başqa şirkət yoxdur. Azəriqaz isə inhisarçı üstünlüyündən istifadə edərək əhalinin hüquqlarını kütləvi şəkildə pozur. Rəsmi dövlət qurumları isə bu məsələni kənarda seyr edirlər.

Paylaş »
››› Hacıbala Abutalıbov Bakıdan köçüb
››› Martın 7-nə olan hava proqnozu
››› Avropaya açılan Naxçıvan dəhlizindən hansı ölkələr yararlanacaq...
››› Həkim yanlışlığı tanınmış vəkilin ayağının kəsilməsinə səbəb olub
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Polis Sarkisyanın iqamətgahını mühasirəyə aldı
››› Aram Qabrelyanov: "Ermənistanda hakimiyyətə yeni Njde gələcək"
Son xəbərlər
Bütün xəbərlər »