Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Afrika ölkəsində ebola pandemiyası elan olundu
Karantin koronavirus maska dezinfeksiya

Koronavirus pandemiyası başa çatmamış dünya yeni virusların yayılması təhdidi ilə üzləşib. Qvineyada Ebola virusunun yayılması ciddi hal aldığı üçün ölkədə epidemiya elan olunub.

Bu barədə ölkə hökuməti bəyanat yayıb. Hökumət dörd nəfərin xəstəlik nəticəsində vəfat etməsindən sonra bu qərarı verib. Virus nəticəsində ölənlərin sayının artması gözlənilir.

"Qvineya hökuməti Ebola virusu nəticəsində yaranan xəstəlik səbəbindən ölkədə epidemiya elan edir. Səhiyyə nazirinin başçılığı ilə keçirilən iclasda bütün lazımi tədbirlərin, o cümlədən xəstələrin və onlarla əlaqədə olanların təcrid edilməsinin təmin olunması üzrə göstərişlər verilib”, - deyə bəyanatda bildirilib.

2014-2016-cı illər Afrika qitəsində, Uqanda və Konqoda başlamış Ebola epidemiyası zamanı 11 mindən çox insan vəfat etmişdi.

Virus tər, qan, tüpürcək yolu ilə yayılır. Virusun qarşısını almaq üçün heç bir vaksin mövcud deyil. Xəstəliyin simptomları qızdırma, baş ağrısı, qusma və izhaldır. Bəzi insanlarda göz, qulaq və burun qanaxmaları müşahidə edilir .

Keçmişdə bu virusun yayılması 2012-ci ildə qeydə alınıb ki, həmin vaxt Uqanda və Konqoda 57 nəfər ölüb. 2007-ci ildə isə Konqoda virus 187 nəfərin həyatına son qoyub. Virusun ən son yayılması 2018-ci ilin avqust ayında Konqo Demokratik Respublikasında qeydə alınıb. "Ebola" virusu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən “bəşər tarixinin ən qəddar virus xəstəliyi” adını alıb. Bu virusun beş müxtəlif tipi var və ona yoluxanların həyatda qalma şansı 25%-dən 90%-dək dəyişir.

İlhamə

Paylaş »
››› Bakı Metropoliteni: Sərnişinləri qarşılamağa hazırıq
››› Sülhməramlıdan BBC-yə açıqlama: "Azərbaycan hər mübahisəli ərazi üçün axıra qədər gedəcək"
››› Almaniya və Rusiya arasında kəşfiyyat qalmaqalı
››› Azərbaycanda necə milyonçu olmaq olar: "Arxasında gözəgörünməz əl var"
››› Vladimir Jirinovski: Ermənistanı zorla Rusiyanın tərkibinə daxil etmək lazımdır...
››› Təcavüzdə ittiham olunan məşhur aktyor: “Mən neyləyə bilərəm ki?”
››› Nazir Baş direktoru işdən çıxardı
Son xəbərlər
Bütün xəbərlər »