Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-ın Azərbaycandakı səfirliyi: Cənub Qaz Dəhlizi mühüm texnoloji və diplomatik nailiyyətdir
Amerika səfirliyi

“Keçən həftə Prezident İlham Əliyev, energetika naziri Pərviz Şahbazov, Avropa Birliyi və digər 15 ölkənin nümayəndələri ilə birlikdə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VII iclasında iştirak etməkdən çox məmnunuq”.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, ABŞ-ı bu tədbirdə dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin səlahiyyətlərini icra edən Kurt Donnelly və səfir Litzenberger təmsil edib. “Cənub Qaz Dəhlizi mühüm bir texnoloji və diplomatik nailiyyətdir. Bu layihəni vaxtında və 7 milyard dollardan az büdcə ilə başa vurmasına görə dövlət strukturları ilə özəl şirkətlər arasındakı səmərəli əməkdaşlıqdan qürur duyuruq. Hal-hazırda biz Cənub Qaz Dəhlizi layihəsinin mövcud və yeni bazarlara çatdırılacaq yeni qaz mənbələri ilə genişləndirilməyini gözləyirik. Təbrik edirik!”, - deyə səfirliyin məlumatında bildirilir.

Paylaş »
››› Azərbaycan Zəngəzurda mühəndis işlərinə başlayıb - Gorusdan həyəcanlı açıqlama
››› Jirinovski yaxın aylarda başlayacaq böyük müharibə haqda: “Rusiya köməyə gələcək...”
››› Binəqədi İcra Hakimiyyətindən Eldar Əzizova ittiham: “O, rəy verib”
››› 15 qat baha qiymətə təyyarə bileti və ya AZAL-ın gəlirləri hara gedir…
››› Novruz bayramında əfv sərəncamı gözlənilir: kimlər həbsdən çıxa bilər? - Açıqlama
››› ƏDV-ni geri alanlar üçün 10+10 aksiyası keçirilir
››› Paşinyanı qoruyan snayperlər telekanalın kamerasına düşüb - Video
Son xəbərlər
Bütün xəbərlər »