Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yeni bir dövrə daxil oluruq - Mikayıl Cabbarov
Mikayıl Cabbarov

İqtisadiyyat naziri Mikayıl Cabbarov Beynəlxalq Valyuta Fondunun (BVF) virtual missiyası ilə görüşüb.

Bu barədə nazirlikdən bildiriblər. Görüşdə Azərbaycan iqtisadiyyatında inkişaf meylləri, 2021-2022-ci illər və ortamüddətli dövr üzrə perspektivlər, COVİD-19 pandemiyası fonunda iqtisadi risklər və Azərbaycan hökumətinin adekvat cavab tədbirləri barədə fikir mübadiləsi aparılıb.

İqtisadiyyat naziri pandemiyanın milli iqtisadiyyata və biznes subyektlərinə göstərdiyi təsirlər, Azərbaycan hökumətinin müvafiq dəstəkləyici tədbirləri barədə məlumat verib, postpandemiya dövrü və ortamüddətli dövr üçün ölkənin iqtisadi priroritetlərini qeyd edib. Bildirilib ki, dövlət başçısının Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilib və Azərbaycan hökuməti öz işini bu sənədin müəyyən etdiyi istiqamətlər üzrə quracaqdır.

M.Cabbarov Azərbaycanın yeni bir strateji dövrə daxil olduğunu, işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, Qarabağ bölgəsinin inkişafına nail olunması və onun iqtisadi imkanlarının reallaşdırılmasının təkcə postpandemiya deyil, həm də postkonflikt dövrünün keyfiyyətcə yeni mərhələsi olduğunu bildirib.

Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiya rəhbəri Natalia Tamirisa Fondun mütəxəssisləri tərəfindən fevral ayında keçirilmiş virtual missiyanın yekunları barədə danışıb və bu yekunlara dair məlumatları iqtisadiyyat nazirinə təqdim edib.

Tərəflər missiyanın fəaliyyətinin yekunları, iqtisadiyyatın real sektoru, qeyri-neft sektorunun inkişaf proqnozları, iqtisadi artımı dəstəkləyəcək addımlar və təşəbbüslər, yeni çağırışlara uyğun vergi siyasəti məsələləri, o cümlədən şəffaflığın gücləndirilməsi tədbirləri və s. barədə müzakirələr aparıblar.(trend)

Paylaş »
››› Aram Qabrelyanov: "Ermənistanda hakimiyyətə yeni Njde gələcək"
››› "Yoluxma sayının artmasını böyütməyək" - Professor
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Polis Sarkisyanın iqamətgahını mühasirəyə aldı
››› Putin İranın ali rəhbərinin məktubunu cavablandırdı
››› Martın 8-nə olan hava proqnozu
››› Ərdoğan NATO-nun Baş katibinə təşəkkür etdi
Son xəbərlər
Bütün xəbərlər »