Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
David Zalkaliani: "Gürcüstan səfirini Ukraynaya geri qaytarmağı nəzərdən keçirilə bilər"
David Zalkaliani

Gürcüstan yaxın gələcəkdə səfirini Ukraynaya geri qaytarmağı nəzərdən keçirə bilər.

APA xəbər verir ki, bunu “İmedi” telekanalına müsahibəsində Gürcüstanın xarici işlər naziri David Zalkaliani deyib. Nazir bildirib ki, əsas strateji tərəfdaş ölkələr olan Gürcüstan və Ukraynanın münasibətləri bir nəfər tərəfindən əsir götürülməməlidir və ukraynalı tərəfdaşları tədricən bunu anlayırlar.

“Gürcüstan səfirinin geri çağırılması ilə biz strateji tərəfdaşımız və dost ölkə olan Ukraynaya göstərdik ki, məsələ nə qədər ciddidir və xarici ölkə vətəndaşının Gürcüstanın daxili işlərinə qarışmaması nə qədər vacibdir. Biz bu son dərəcə çətin vəziyyətlə əlaqədar son zamanlar ukraynalı tərəfdaşlarımızdan dəqiq dəyərləndirmə və dəqiq anlaşılmanın olduğunu eşidirik. Bu çətin vəziyyətin səbəbkarı məsuliyyətsiz bir nəfərdir. Bu göstərir ki, biz yaxın gələcəkdə, səfirin Ukraynaya geri qayıtması da daxil olmaqla, irəliyə doğru addımlar ata bilərik”, - deyə D.Zalkaliani bildirib.

Nazir qeyd edib ki, səfirin geri çağırılmasına baxmayaraq, bu müddət ərzində rəsmi Tbilisi ilə Kiyev arasında kommunikasiya kəsilməyib və hər iki tərəf vəziyyətin bu cür davam etməməsinin tərəfdarıdır.

Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenskinin ötən il mayın 8-də Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvilini Ukrayna İslahatlar üzrə Milli Şurasının İcraiyyə Komitəsinin rəhbəri vəzifəsinə təyin etməsi Gürcüstanda etirazla qarşılanıb. Qərara etiraz olaraq Gürcüstanın bu ölkədəki səfiri T.Şaraşenidze həmin gün siyasi məsləhətləşmələr üçün geri çağırılıb.

Paylaş »
››› Putinə evlənməyi təklif edən qadın prezidentin buna reaksiyasından danışdı
››› “Yazda əməliyyatların başlaması mümkündür..., Rusiya üçün dağıdıcı olacaq” - Ukrayna hökuməti
››› Politoloq:  “İran açıqca Türkiyəyə dedi ki, Azərbaycandan çəkil”
››› Dönərxanada zəhərlənmə olub, 17 yaşlı gənc ölüb
››› Martın 9-na olan hava proqnozu
››› FHN hava şəraiti ilə əlaqədar əhaliyə müracitə edib
››› Avstriyada “AstraZeneca” vaksinindən istifadə dayandırılıb
Son xəbərlər
Bütün xəbərlər »