Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
PKK-nın qətlə yetirdiyi 13 Türkiyə vətəndaşından 10-nun kimliyi məlum olub
Aydın Baruş

İraqın şimalında yerləşən Qara bölgəsində PKK terrorçularının qətl etdiyi 13 Türkiyə vətəndaşının 10-nun kimliyi məlum olub.

APA-nın xəbərinə görə, bu barədə Türkiyənin Malatya vilayətinin valisi Aydın Baruş bildirib.

Vali deyib ki, kimliyi müəyyən edilən həmin şəxslərin arasında Türkiyə Daxili İşlər Nazirliyinin əməkdaşları da var.

A.Baruş PKK terror təşkilatının qətl etdiyi Türkiyə vətəndaşlarının digər üçünün kimliyi ilə bağlı tibbi ekspertizanın aparıldığını qeyd edib.

Vali ön üç şəhiddən on ikisinin baş nahiyəsindən, birinin isə döş qəfəsindən yaxın məsafədən atəş açılaraq öldürüldüyünü bildirib:

“Terror təşkilatının şəhidlərimizin bomba və havadan hücumlar zamanı öldüyü barədə irəli sürdükləri fikirlər tamamilə əsassız və yalandır. Şəhidlərimizin ailələri ilə əlaqə saxlanıb, onların cənazələrinin yaxınlarına verilməsi üçün Baş Prokurorluq tərəfindən fəaliyyətlər davam edir”.

Qeyd edək ki, Türkiyənin müdafiə naziri Hulusi Akar Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında yerləşən Qara bölgəsində PKK/YPG terroçularına qarşı apardığı “Pençe Kartal-2” Hərəkatında terrorçuların mağarasından 13 günahsız Türkiyə vətəndaşının cəsədini aşkarldığını bildirib.

Paylaş »
››› Yeni karantin “müjdəsi” - anlaşılmayan qərarlar
››› “Əvvəl İsraildə səfirliyimizin açılmasına İran mane olurdu, indi isə…” – Sabiq XİN rəhbəri
››› Türkiyə həkimi Elmar Vəliyevin anlaqlı olmadığını təsdiqlədi
››› Mübariz Mənsimovun bacısı: “Çörəyini yeyib ona pislik edənlər oldu... İndi çox sevinirəm"
››› Yaşı 5-dən çox olan avtomobillərin idxalı dayandırılır: "Təbii ki, qiymətlər artacaq" 
››› Mübariz Mənsimov: "Mən sadəcə, dövlətə, şəhid ailələrinə, tələbələrə yardım etmişəm"
››› Dünyanın ən mühüm nemətlərindən birində qıtlıq gözlənir
Son xəbərlər
Bütün xəbərlər »