Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DİM: Xarici dillər üzrə doktoranturaya qəbul və xarici dillər üzrə fəlsəfə doktoru imtahanları keçirilir
Dövlət İmtahan Mərkəzi

Bu gün Dövlət İmtahan Mərkəzində (DİM) tərəfindən xarici dillər üzrə doktoranturaya qəbul və xarici dillər üzrə fəlsəfə doktoru imtahanları keçirilir.

DİM-dən Bizimyol.info-ya verilən məlumata görə, imtahanlar Bakı şəhərində 7, Naxçıvan şəhərində 1 binada keçirilir. İmtahanlar Bakı şəhərində 7, Naxçıvan şəhərində 1 binada təşkil olunub və saat 11:00-da başlanıb.

İmtahanlar 2 saat 30 dəqiqə müddətində aparılacaq. İmtahanlarda iştirak etmək üçün 1537 namizəd qeydiyyatdan keçib.

Namizədlərin doktoranturaya qəbul və iddiaçıların fəlsəfə doktoru imtahanlarında xarici dilə yiyələnmə səviyyəsini yoxlayıb-qiymətləndirmək üçün aşağıdakı bloklar təqdim edilir: Dinləyib-anlama bloku; Oxuyub-anlama bloku; Dildən istifadə bloku (leksik-qrammatik tapşırıqlar); Yazı bloku (doktoranturaya qəbul imtahanı verənlər - esse yazısı və fəlsəfə doktoru imtahanı verənlər - vizual məlumatın (cədvəl, qrafik, diaqram və s) təsviri).

Məlumat üçün bildirək ki, doktoranturaya qəbul imtahanında iştirak etmək üçün 1328 nəfər qeydiyyatdan keçib. Xarici dillər üzrə fəlsəfə doktoru imtahanı üzrə 209 nəfər, əcnəbilər üçün Azərbaycan dili imtahanı (fevralın 15-də keçiriləcək) üzrə isə 5 nəfər imtahana yazılıb.

DİM-ə müvafiq beynəlxalq sertifikatını təqdim etmiş 23 namizəd xarici dil imtahanından azad olunub.

İmtahanların idarə olunması üçün 20 imtahan rəhbəri, 152 zal nəzarətçisi ayrılıb.

Paylaş »
››› Yeni karantin “müjdəsi” - anlaşılmayan qərarlar
››› Ermənistan ordusunun polkovniki müharibə haqda sensasion məlumatlar açıqladı
››› “Əvvəl İsraildə səfirliyimizin açılmasına İran mane olurdu, indi isə…” – Sabiq XİN rəhbəri
››› Türkiyə həkimi Elmar Vəliyevin anlaqlı olmadığını təsdiqlədi
››› Mübariz Mənsimovun bacısı: “Çörəyini yeyib ona pislik edənlər oldu... İndi çox sevinirəm"
››› Yaşı 5-dən çox olan avtomobillərin idxalı dayandırılır: "Təbii ki, qiymətlər artacaq" 
››› Mübariz Mənsimov: "Mən sadəcə, dövlətə, şəhid ailələrinə, tələbələrə yardım etmişəm"
Son xəbərlər
Bütün xəbərlər »