Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hulusi Akar: “Mağaradan 13 günahsız Türkiyə vətəndaşının cəsədini aşkarladıq”
Hulusi Akar

“Türkiyə Silahlı Qüvvələrinin (TSK) İiraqın şimalında yerləşən Qara bölgəsində terrorçulara qarşı başlatdığı “Pençe Kartal-2” əməliyyatında 3-ü “yüksək səviyyəli səlahiyyətli”lər olmaqla 48 terrorçu ölü, 2-si isə sağ vəziyyətdə ələ keçirlib”.

APA-nın xəbərinə görə, bu barədə Türkiyənin müdafiə naziri Hulusi Akar “Pençe Kartal-2” Hərəkatı haqqında açıqlama verərkən bildirib.

H.Akar deyib ki, TSK-nın hərbi əməliyyatları zamanı terrorçuların sığındığı mağaradan 13 günahsız Türkiyə vətəndaşının cəsədi də aşkarlanıb.

“Beləcə terrorçuların xain və qatil üzü ilə bir daha sübut edildi” deyə nazir bildirib.

Qeyd edək ki, Türkiyə Prezidentinin köməkçisi Fuad Oktay, Türkiyə PA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Fəxrəddin Altun, Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu və Azərbaycanın XİN başçısı Ceyhun Bayramov 13 Türkiyə vətəndaşının şəhid olması ilə əlaqədar başsağlığı veriblər.

Paylaş »
››› AZAL-ın Rusiyaya bilet qiyməti hamını heyrətə gətirdi
››› Mübariz Mənsimov azadlığa buraxılır - Prokurordan təqdimat
››› Azərbaycanda qumar oyunları aktiv hala gələcək
››› Əmək Nazirliyinin fəaliyyəti ciddi sosial narazılıq yaradır
››› “Dövlətin sahibkarlara dəstək imkanı yoxdur” - Qapanma yenidən başlayırmı…
››› Navalnının yerləşdirildiyi həbsxanaya məhkumlar “sındırılmaq” üçün göndərilir
››› İrəvanda mitinq iştirakçısı: “Şuşa da, Qarabağ da Azərbaycanındır” - Video
Son xəbərlər
Bütün xəbərlər »