Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden Trampın bəraət almasına münasibət bildirib
Co Bayden

ABŞ Prezidenti Co Bayden sələfi Donald Trampın üsyana təhrik ittihamı ilə Senat tərəfindən bəraət almasının "şübhə" doğurmadığını bildirib.

APA bildirir ki, bu barədə Ağ Ev tərəfindən yayılan Baydenin yazılı açıqlamasında qeyd olunub.

Şənbə günü ABŞ Konqresinin yuxarı palatası keçmiş dövlət başçısına impiçment vermək üçün lazımi səslərin üçdə ikisini (100 senatordan ən azı 67) ala bilməyib.

Açıqlamada qeyd olunur ki, yekun səsvermə mühakimə olunmasa da, ittihamların mahiyyəti mübahisədən kənardır.

Bayden bir daha Kapitoliyadakı hücumu ABŞ tarixindəki "kədərli bir səhifə" olduğunu söyləyib. O, "Amerikada şiddət və ekstremizmə yer olmamalı" olduğunu xatırladıb.

Bundan əlavə, ABŞ prezidenti Trampın impiçmentinə səs verən 57 senatordan yeddisinin onunla eyni partiyada təmsil olduğunu da xüsusi vurğulayıb.

Paylaş »
››› Putinin “üçüncü qızı” danışdı: “Ona görə çox təhqir edirlər”
››› Bakı Metropoliteni: Sərnişinləri qarşılamağa hazırıq
››› Portuqaliya kinoşirkəti Xocalı faciəsini ekranlaşdırıb - Video
››› Dolların bahalaşması qızılı ucuzlaşdırdı
››› Azərbaycanda necə milyonçu olmaq olar: "Arxasında gözəgörünməz əl var"
››› Vladimir Jirinovski: Ermənistanı zorla Rusiyanın tərkibinə daxil etmək lazımdır...
››› Rusiyada “Bakı” kafesində atışma: Azərbaycan vətəndaşı öldürüldü - Video
Son xəbərlər
Bütün xəbərlər »