Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Futbolçularımdan narazı qaldım” - Qurban Qurbanov
Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Neftçi”yə 1:2 hesablı məğlubiyyətdən sonra jurnalistlərin suallarını cavablandırıb.

“Qafqazinfo” həmin müsahibəni təqdim edir:

- Samir Abasovu təbrik edirəm. Layiqli və lazım olan qalibiyyəti əldə etdilər. Bir az qarışıq oyun oldu. Futbolçularımdan narazı qaldım. İkinci hissədəki qırmızı vərəqəyə hazır idim. Bunun üzərində fasilədə dayandım. Amma yenə bu baş verdi.

“Neftçi”nin qırmızı vərəqəsinə qədər oyundan razı qaldım, ondan sonra yox. Bəzən oyunun gedişatında hər şeyi əla almaq olmur. Hakim inamlı qərarlar verdi. Bəzən hakimlər vərəqədən sonra özünü itirir. Amma onun qərarları qəti idi.

Bəzi epizodlarda yanlış qərarı ola bilər. Ona uğurlar arzu edirəm. Bir həftə əvvəl hakimlər komitəsindən gələnlərlə eyni epizodları analiz etmişdik.

Ssenari belə alındı ki, bu epizodlar gəldi. Bu mövsüm iki məğlubiyyət almışıq və hər ikisi “Neftçi”yə olub. Maraqlı qarşılaşma alındı.

- Ayrı-ayrı futbolçulardan, yoxsa ümumi komandadan narazı qaldınız?

- Komandadan narazı qaldım. Çünki oyun nizam-intizamı mənim üçün önəmlidir.

- Kevin Medinaya hər hansı cəza olacaq?

- Bu gün qərar versəm ki, onu cəzalandırım, yanlış qərar qəbul etmiş olaram. Epizoda sabah bir də baxacağam. Cəza verilə bilər.

Paylaş »
››› Bayden: "İranın Suriyadakı silahlılarına zərbə mənim göstərişimlə endirildi"
››› Moskvada Azərbaycan restoranını dağıdan ermənilərə hökm oxundu
››› İnsanlar Marsda necə məskunlaşacaqlar… - Alimdən maraqlı açıqlamalar
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Mərkəzi Klinik Xəstəxananın baş həkiminin qızının ölüm səbəbi məlum oldu
››› İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı
››› Akademiyadan tələbənin intiharı ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »