Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Neftçi” "Qarabağ"a qalib gələrək zirvəni qaytarıb
Futbol

Azərbaycan Premyer Liqasında III dövrəyə start verilib.

Apasport.az saytının məlumatına görə, XV turun ilk iki görüşü baş tutub.

Turun açılış matçı Sumqayıtda keçirilib. “Sumqayıt” öz meydanında “Səbail”i qəbul edib. Meydan sahibləri rəqibini üç cavabsız qolla məğlubiyyətə uğradıb.

Turun mərkəzi oyunu Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilib. Ölkənin iki ən titullu klubu “Qarabağ”la “Neftçi” növbəti Azərbaycan derbisində üz-üzə gəlib. İlk yarının ortalarında azlıqda qalan “Neftçi” Namiq Ələsgərovun qolu ilə hesabı açıb. Fasilədən sonra derbilərdə 9-cu qolunu vuran

Mahir Emreli hesabda tarazlıq yaradıb. Daha iki qırmızı vərəqə göstərən Elçin Məsiyev Kevin Medina və Mamadu Kaneni meydandan qovduğu epizodda penalti qərarı verib. Dublunu rəsmiləşdirən Namiq komandasına vacib üç xal və liderlik qazandırıb. Görüşün sonlarında Voislav Stankoviç də qırmızı vərəqə alıb.

Qeyd edək ki, turun digər oyunları fevralın 14-də keçiriləcək. “Qəbələ” “Keşlə”ni, “Zirə” “Sabah”ı qəbul edəcək.

Azərbaycan Premyer Liqası

XV tur

13 fevral (şənbə)

16:00. “Sumqayıt” – “Səbail” - 3:0

Qollar: Murad Xaçayev, 26, Tellur Mütəllimov, 33, Əli Qurbani, 83 (pen.)

Qırmızı vərəqələr: Peyman Keşavarzi, 55, Kamran Ağayev, 90+5

Hakimlər: Vüqar Həsənli, Zeynal Zeynalov, Cəmil Quliyev, Fərid Hacıyev

“Sumqayıt”: 1. Mehdi Cənnətov, 97. Xəyal Nəcəfov, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev (k), 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 33. Eltun Turabov, 78. Dmitro Nağıyev, 9. Əli Qurbani, 4. Höccət Haqverdi, 17. Murad Xaçayev

Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 71. Hüseynəli Quliyev, 60. Elvin Məmmədov, 22. Cavid İmamverdiyev, 11. Mehdi Şərifi, 30. Nəbi Məmmədov, 18. Süleyman Əhmədov, 20. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə, 65. Sənan Ağayev, 37. Nicat Əliyev

Baş məşqçi: Ayxan Abbasov

“Səbail”: 1. Kamran Ağayev, 14. Rahid Əmirquliyev (k), 34. Urfan Abbasov, 55. Adil Nağıyev, 11. Rauf Əliyev, 22. Əfran İsmayılov, 27. Hendrik Ekşteyn, 16. Peyman Keşavarzi, 19. Luka İmnadze, 23. Milovan Petrovik, 3. Turan Manafov

Ehtiyat oyunçular: 96. Nikolas Hagen, 25. Elxan Əhmədov, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 7. Mirsahib Abbasov, 28. Məqsəd İsayev, 29. Amil Yunanov, 9. Florian Kadriu, 4. Ali Sisey, 77. Ədilxan Qarəhmədov, 44. Şamil Cəfərov

Baş məşqçi: Aftandil Hacıyev

“Kapital Bank Arena”

18:30. “Qarabağ” – “Neftçi” - 1:2

Qollar: Mahir Emreli, 58 - Namiq Ələsgərov, 28, 75 (pen.)

Qırmızı vərəqələr: Kevin Medina, 72 - Ömər Buludov, 22, Mamadu Kane, 74, Voyislav Stankoviç, 90+3

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əliyar Ağayev

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 30. Abbas Hüseynov, 10. Abdullah Zubir, 7. Kvabena Ovusu, 81. Kevin Medina, 6. Patrik Andrade, 18. İsmayıl İbrahimli

Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 9. Xayme Romero, 8. Uroş Matiç, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 66. Cavid Bayramov, 21. Rauf Hüseynli, 99. Hüseyn Hüseynzadə, 29. Zamiq Əliyev

Baş məşqçi: Qurban Qurbanov

“Neftçi”: 30. Aqil Məmmədov, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 28. Stiven Monroz, 91. Tallison Diaz, 29. Sabir Buqrin, 5. Anton Krivotsyuk, 26. Ömər Buludov

Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 12. Kamran İbrahimov, 22. Mirabdulla Abbasov, 19. Fəhmin Muradbəyli, 10. Saman Nərimancahan, 17. Bruno Teluşi, 24. Yusuf Laval, 20. Mert Çelik, 80. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 72. Emin Zamanov

Baş məşqçi: Samir Abasov

Tofiq Bəhramov adına Respublika Stadionu

1Neftçi1593320-1630
2Qarabağ1585238-1329
3Zirə1465318-1423
4Sumqayıt1564520-2022
5Qəbələ1436513-2215
6Səbail1534815-2613
7Keşlə1434713-2113
8Sabah1441914-1913

Bombardirlər: Mahir Emreli ("Qarabağ") - 11 qol, Namiq Ələsgərov ("Neftçi") - 10.

Paylaş »
››› "Paşinyan gücünü göstərdi və hakimiyyətdə qaldı"
››› İlham Əliyev iranlı jurnalistə irad bildirdi
››› Putinin “üçüncü qızı” danışdı: “Ona görə çox təhqir edirlər”
››› Hərbiçilərin maaşları ilə bağlı açıqlama nəyi nəzərdə tutur...
››› Ermənistan niyə silahlanır … - “Daim ayıq-sayıq olmalıyıq”
››› "Ermənistanda ideal fırtına şəraiti yaranıb"
››› Portuqaliya kinoşirkəti Xocalı faciəsini ekranlaşdırıb - Video
Son xəbərlər
Bütün xəbərlər »