Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Orta məktəblər... bizneslə məşğul olacaq - Yeni qaydalar
Sorğu - məmur

Bir müddət əvvəl Prezidentin 2005-ci il 1 mart tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilib.

Prezidentin imzaladığı fərmanda dəyişiklik edilmiş hissə Təhsil Nazirliyinin maliyyələşməsi ilə bağlı olub. Yeni dəyişikliyə əsasən, bundan sonra Nazirliyin saxlanılması xərcləri və fəaliyyəti yalnız dövlət büdcəsi ilə deyil, həmçinin, qanunla nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdiriləcək.

Təhsil eksperti Qoşqar Məhərrəmovun fkrincə, bu qərar təhsilə ayrılan maliyyə vəsaitlərinin artmasına səbəb olacaq. Təhsilin inkişafı birbaşa maliyyəyə bağlı olduğu üçün bu qərar stimul verəcək.

Qoşqar Məhərrəmov Qoşqar Məhərrəmov

Təhsil müəssisələrinə özünü maliyyələşdirmə imkanları vermək, gələcəkdə məktəb direktorlarının publik hüquqi şəxs kimi pul qazanan bir müəssisə statusu almasına təkan verəcək. Və bu vəsait məktəbə xərclənəcək.

Mütəxəssis bildirir ki, xarici təcrübələrdə belə nümunələr var və nəticələrini görürük.

Q. Məhərrəmovun fikrincə, bu günə qədər Azərbaycanda belə bir təcrübənin olmaması məktəb direktorlarına olan güvənin az olması ilə əlaqədar olub. Çünki onların fəaliyyətində də suistifadə hallarına rast gəlinir.

"Nazirliyə belə bir səlahiyyətin verilməsi gələcəkdə məktəb direktorlarına da güvənə biləcəyimizi göstərir. Nazirə verilən yeni səlahiyyətlərdən biri isə, nazirliyin başqa hansı mənbələrədən maliyyələşə biləcəyi ilə bağlı təkliflərin verilməsidir. Belə ki, nazir bundan sonra nazirliyə ayrılacaq büdcə barədə təkliflər verə biləcək"-deyən ekspert vurğulayıb ki, nazir təhsillə əlaqəli insan olduu üçün təhsilə nə qədər büdcə ayrılmasının laızm olduğunu da yaxşı bilir.

Q. Məhərrəmov əlavə edib ki, bundan sonra ayrılan vəsaitlər təhsilin inkişafında böyük rol oynayacaq.

İlqar Orucov İlqar Orucov

Təhsil nazirliyi yanında İctimai şuranın katibi İlqar Orucovun sözlərinə görə, bu dəyişikliyə görə Təhsil Nazirliyin fəaliyyətində yeni mərhələ başlayacaq: "Çünki bu günə qədər təhsil nazirliyi büdcə hesabına maliyyələşirdi. Nazirliyin əlavə imkanlar əldə etmək imkanları yox idi. Ancaq yeni dəyişikliyə görə, nazirlik yeni mənbələr əldə edə bilər".

İ. Orucov qeyd edib ki, bu dəyişiklik nazirliyin səlahiyyətlərini artırıb.

Ekspertin fikrincə, bundan sonra nazirlik büdcədənkənar fondların yaranmasına maraqlı olacaq, büdcədən kənar vəsaitin idarə edilməsində özü qərarverici olacaq, maliyyə vəsaitini bölməkdə sərbəst olacaq və bu nazirliyin əməkdaşlarının əmək haqqına da təsir edəcək.

Bizimyol.info

Paylaş »
››› Bakı Metropoliteni: Sərnişinləri qarşılamağa hazırıq
››› Sülhməramlıdan BBC-yə açıqlama: "Azərbaycan hər mübahisəli ərazi üçün axıra qədər gedəcək"
››› Almaniya və Rusiya arasında kəşfiyyat qalmaqalı
››› Azərbaycanda necə milyonçu olmaq olar: "Arxasında gözəgörünməz əl var"
››› Təcavüzdə ittiham olunan məşhur aktyor: “Mən neyləyə bilərəm ki?”
››› Nazir Baş direktoru işdən çıxardı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »