Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Açıq havada maska taxmaqla bağlı DİN-dən açıqlama
Maska

Açıq havada tibbi maskadan istifadə etməməklə bağlı TƏBİB nümayəndəsinin açıqlaması onun şəxsi fikridir.

Bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Trend-in sorğusunu cavablandırarkən deyib.

Onun sözlərinə görə, maska ilə bağlı Nazirlər Kabinetinin qərarı var. İctimai yerlərdə, açıq məkanlarda, açıq havada maskadan istifadə olunmalıdır: "Bununla bağlı TƏBİB-dən rəsmi açıqlama verilib ki, bu açıqlama verən şəxsin öz fikridir. Yəni bu açıqlama TƏBİB-in rəsmi mövqeyini əks etdirmir. Ona görə də cəmiyyətdə çaşqınlıq yaranmamalıdır. Pandemiya hələ bitməyib, ona görə də qaydalara ciddi əməl edilməlidir ki, dövlət növbəti yumşalma tədbirlərini davam etdirsin. Bu, bizim hər birimizə asılıdır və indiyə qədər çəkilən əziyyət hədər getməsin. Hər bir vətəndaşın bu tibbi maskalardan doğru və düzgün istifadə etmək məcburiyyəti var. Bu həm də qanunvericilik normasıdır. Əgər hansısa şəxs ictimai yerlərdə müvafiq maskalardan düzgün istifadə etmirsə və polis tərəfindən aşkarlanırsa, həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbir görüləcək".

Paylaş »
››› "Paşinyan gücünü göstərdi və hakimiyyətdə qaldı"
››› İlham Əliyev iranlı jurnalistə irad bildirdi
››› Hərbiçilərin maaşları ilə bağlı açıqlama nəyi nəzərdə tutur...
››› Ermənistan niyə silahlanır … - “Daim ayıq-sayıq olmalıyıq”
››› "Ermənistanda ideal fırtına şəraiti yaranıb"
››› Paşinyanın “İskəndər”lə bağlı açıqlamasına Rusiyadan reaksiya
››› Ermənistanın Prezident Aparatı: Armen Sarkisyana təzyiqlər olunur
Son xəbərlər
Bütün xəbərlər »