Ermənistanda şənbə günü günortadan sonra 4.7 bal gücündə zəlzələ qeydə alınıb.
Virtualaz.org bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin mənbəyi 2 kilometr dərinlikdə olub, episentri isə Yerevandan 12 kilometr məsafədə yerləşib.
“Sputnik Armeniya” qeyd edir ki, yeraltı təkanlar təxminən saat 15: 28-də baş verib.
"Bir neçə saniyə silkələnmə oldu. Şəhərin müxtəlif yerlərində yerləşən çoxmərtəbəli binaların sakinləri küçələrə çıxdılar", - deyə məlumatda bildirilir.
Amma hələlik rəsmi erməni mənbələrindən zəlzələ ilə bağlı məlumat yoxdur.