Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sahibkarlar üçün onlayn seminar keçirilib
DGK

Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) birgə təşkilatçılığı ilə onlayn seminar keçirilib.

Bizimyol.info xəbər verir ki, bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat verib.

Seminarın açılışında çıxış edən ASK-nın vitse prezidenti Vüqar Zeynalov təmsil etdiyi qurum ilə Dövlət Gömrük Komitəsi arasında ikitərəfli əməkdaşlıq komissiyasının fəaliyyəti çərçivəsində kifayət qədər məhsuldar görüşlərin keçirildiyini, səmərəli müzakirələr aparıldığını bildirib. ASK-nın vitse-prezidenti pandemiya dövründə gömrük əməkdaşlarının fəaliyyətini yüksək qiymətləndirib, yaranan mürəkkəb şəraitə baxmayaraq, gömrük rəsmiləşdirilməsi tədbirlərinin sürətlə həyata keçirildiyini, malların sahiblərinə vaxtında təhvil verilməsi üçün bütün zəruri addımların atıldığını vurğulayıb.

Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi Səməd Qaralov Prezident İlham Əliyev tərəfindən gömrük sistemində həyata keçirilən islahatların gömrük-biznes münasibətlərinin inkişafına münbit şərait yaratdığını diqqətə çatdırıb. İslahatların uğurla reallaşdırılması məqsədilə Dövlət Gömrük Komitəsi tərəfindən ticarətin asanlaşdırılması, gömrük-biznes münasibtlərinin etibarlı tərəfdaşlıq müstəvisində inkişafı üçün mühüm addımlar atıldığını qeyd edən baş idarə rəisi bu istiqamətdə həyata keçirilən layihələrdən, yeniliklərdən danışıb.

Daha sonra Dövlət Gömrük Komitəsinin əməkdaşları “Yaşıl dəhliz” buraxılış sistemi, birbaşa gömrük təmsilçiliyi, əqli mülkiyyət, gömrük ödənişləri mövzusunda təqdimatlarla çıxış ediblər.

Onlayn seminarda sahibkarlıq subtektlərinin 60-dan çox nümayəndəsi iştirak edib.

Paylaş »
››› Azərbaycan Zəngəzurda mühəndis işlərinə başlayıb - Gorusdan həyəcanlı açıqlama
››› Jirinovski yaxın aylarda başlayacaq böyük müharibə haqda: “Rusiya köməyə gələcək...”
››› Binəqədi İcra Hakimiyyətindən Eldar Əzizova ittiham: “O, rəy verib”
››› 15 qat baha qiymətə təyyarə bileti və ya AZAL-ın gəlirləri hara gedir…
››› Novruz bayramında əfv sərəncamı gözlənilir: kimlər həbsdən çıxa bilər? - Açıqlama
››› ƏDV-ni geri alanlar üçün 10+10 aksiyası keçirilir
››› Paşinyanı qoruyan snayperlər telekanalın kamerasına düşüb - Video
Son xəbərlər
Bütün xəbərlər »