Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
127 gündən sonra şəhid xəbəri gələn əsgərimiz dəfn edildi
Şəhid cənazəsi

Vətən Müharibəsində itkin düşmüş və 127 gündən sonra meyiti tapılan 23 yaşlı şəhid Cavidan Məmmədli dəfn olunub.

“Report” xəbər verir ki, şəhidlə doğulduğu İmişli şəhərindəki evində vida mərasimi keçirilib.

Daha sonra şəhid rayonun Şahverdili kənd qəbristanlığında torpağa tapşırılıb.

Cavidan Məmmədli

Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları, rayon icra hakimiyyətinin rəsmiləri, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin dayısı İlkin Hüseynov bildirib ki, 1997-ci il təvəllüdlü Cavidan Məmmədli Füzuli istiqamətində döyüşlərdə olub: Sonuncu dəfə onunla oktyabrın 7-də əlaqə saxlanılıb. Günorta saatlarında isə Füzulinin Qaraxanbəyli kəndi uğrunda gedən qanlı savaşda şəhidlik zirvəsinə ucalıb".

Paylaş »
››› Yeni karantin “müjdəsi” - anlaşılmayan qərarlar
››› Ermənistan ordusunun polkovniki müharibə haqda sensasion məlumatlar açıqladı
››› Türkiyə həkimi Elmar Vəliyevin anlaqlı olmadığını təsdiqlədi
››› Mübariz Mənsimovun bacısı: “Çörəyini yeyib ona pislik edənlər oldu... İndi çox sevinirəm"
››› “Əvvəl İsraildə səfirliyimizin açılmasına İran mane olurdu, indi isə…” – Sabiq XİN rəhbəri
››› Yaşı 5-dən çox olan avtomobillərin idxalı dayandırılır: "Təbii ki, qiymətlər artacaq" 
››› Mübariz Mənsimov: "Mən sadəcə, dövlətə, şəhid ailələrinə, tələbələrə yardım etmişəm"
Son xəbərlər
Bütün xəbərlər »