Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Moskvaya 56 sm qar yağıb
Qar yağır

Rusiya paytaxtına rekord həcmdə qar yağıb.

Fasiləsiz 36 saat davam edən qar Rusiya paytaxtında həyatı iflic edib. Moskvada qarın hündürlüyü 56 santimetr olub. Qarın 60 santimetrə çatacağı bildirilir. Bu göstərici isə sonuncu dəfə 65 il bundan öncə qeydə alınıb.

Moskva vilayətində isə qarın hündürlüyü 71 santimetr olub.

Bu gün istirahət günü olmasına baxmayaraq, səhər saatlarında Moskvada 9 ballıq tıxac müşahidə olunub. Şəhərin ancaq mərkəzi küçələrini qardan təmizləmək mümkün olub. Qarın yaratdığı fəsadların aradan qaldırılması üçün minlərlə texnika və işçi qüvvə cəlb olunub.

Hava şəraiti ilə əlaqədar Moskva aeroportlarında onlarla reys təxirə salınıb və ya gecikmələrlə yerinə yetirilib.

Sinoptiklər qarın bu gün də yağmağa davam edəcəyini proqnozlaşdırıblar.(apa)

Paylaş »
››› Aram Qabrelyanov: "Ermənistanda hakimiyyətə yeni Njde gələcək"
››› "Yoluxma sayının artmasını böyütməyək" - Professor
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Polis Sarkisyanın iqamətgahını mühasirəyə aldı
››› Putin İranın ali rəhbərinin məktubunu cavablandırdı
››› Martın 8-nə olan hava proqnozu
››› Ərdoğan NATO-nun Baş katibinə təşəkkür etdi
Son xəbərlər
Bütün xəbərlər »