Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Narkotacir 4 kiloqrama yaxın heroini satmaq istəyərkən tutulub
Heroin

Nərimanov Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı daha əməliyyat tədbiri keçirib.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, daxil olmuş məlumat əsasında həyata keçirilən əməliyyat zamanı narkotik vasitələrin alışı və satışı ilə məşğul olmaqda şübhəli bilinən vətəndaş Tural Məcidov saxlanılıb. Şəxsi axtarış zamanı ondan ümumi çəkisi 3 kiloqram 835 qram olan narkotik vasitə heroin aşkar edilib.

Araşdırma zamanı müəyyən olunub ki, T.Məcidov şəxsiyyəti istintaqa məlum olmayan xarici ölkələrdən birinin vətəndaşı ilə sosial şəbəkələrdə əlaqə yaradaraq narkotik vasitələrin Bakı şəhərinə gətirilməsinə köməklik edib. Saxlanılan şəxs həmin xarici ölkə vətəndaşının tapşırığı ilə narkotik maddələri paytaxtın müxtəlif yerlərinə qoymaqla ayrı-ayrı şəxslərə çatdırılmasını təşkil etməli imiş. T.Məcidov ifadəsində narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiyini etiraf edib.

Qeyd edilən faktla bağlı saxlanılan şəxs barəsində Nərimanov RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. T.Məcidov tutularaq istintaqa cəlb olunur, araşdırmalar davam etdirilir.

Paylaş »
››› Politoloq:  “İran açıqca Türkiyəyə dedi ki, Azərbaycandan çəkil”
››› Prezidentin "məcbur edəcəyik" deməsi Ermənistanı çaşdırıb - Açıqlama
››› “Yazda əməliyyatların başlaması mümkündür..., Rusiya üçün dağıdıcı olacaq” - Ukrayna hökuməti
››› Martın 9-na olan hava proqnozu
››› Sumqayıtda faciə ilə nəticələnən məclis: 16 yaşlı gənc ölüb
››› Feministlər Bakının mərkəzində aksiya keçirməyə cəhd etdi – Video
››› Kişinin kişi olduğu yerdə qadın üçün hər gün bayramdır
Son xəbərlər
Bütün xəbərlər »