Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fənn olimpiadalarının şəhər mərhələsində paytaxt üzrə 5 488 şagird iştirak edib
İmtahan

Fevralın 12-si Respublika fənn olimpiadalarının şəhər mərhələsi başa çatıb.

Bizimyol.info xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, üç gün davam edən olimpiadaların şəhər mərhələsində paytaxt üzrə 5 488 şagird iştirak edib.

Məktəblilər riyaziyyat, informatika və fizika fənləri üzrə 150 dəqiqə, biologiya, kimya, coğrafiya, Azərbaycan dili və ədəbiyyatı, tarix fənləri üzrə isə 90 dəqiqə ərzində biliklərini sınayıblar.

Respublika fənn olimpiadalarının şəhər mərhələsinin nəticələri yaxın günlərdə açıqlanacaq. Bu mərhələdə uğur qazanmış şagirdlər olimpiadanın növbəti mərhələsində iştirak etmək hüququ qazanacaq.

Olimpiadaların Bakı şəhər mərhələsi paytaxtdakı 18 imtahan mərkəzində təşkil edilib. Olimpiadalar Binəqədi rayonu üzrə 3 və 276, Nərimanov rayonu üzrə 36 və 47, Nəsimi rayonu üzrə 54 və 46, Nizami rayonu üzrə 229 və 32, Qaradağ rayonu üzrə 139, Sabunçu rayonu üzrə 96 və 271, Suraxanı rayonu üzrə 114, Xətai rayonu üzrə 138 və 245, Xəzər rayonu üzrə 124, Pirallahı rayonu üzrə 235, Yasamal rayonu üzrə 18, Səbail rayonu üzrə isə 189-190 nömrəli tam orta məktəblərdə keçirilib.

Olimpiadaların təşkil edilməsi istedadlı uşaqların aşkara çıxarılması, məktəblilərin beynəlxalq olimpiadalarda uğurlu çıxışlarının təmin edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılması məqsədlərinə xidmət edir.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva da paytaxtın bir sıra ümumi təhsil müəssisələrində fənn olimpiadalarının təşkili prosesi ilə yaxından tanış olub.

Paylaş »
››› Yeni karantin “müjdəsi” - anlaşılmayan qərarlar
››› Novruz bayramında əfv sərəncamı gözlənilir: kimlər həbsdən çıxa bilər? - Açıqlama
››› Mübariz Mənsimovun bacısı: “Çörəyini yeyib ona pislik edənlər oldu... İndi çox sevinirəm"
››› Yaşı 5-dən çox olan avtomobillərin idxalı dayandırılır: "Təbii ki, qiymətlər artacaq" 
››› Azərbaycanda ərzaq məhsullarında bahalaşma qeydə alınıbmı... - Açıqlama
››› Ermənistan ordusunun polkovniki müharibə haqda sensasion məlumatlar açıqladı
››› Türkiyədə helikopter qəzasında şəhid olan hərbçilərin sayı artıb
Son xəbərlər
Bütün xəbərlər »