Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya və İsrail kəllə-kəlləyə gəlir, ABŞ da qarışmalı olacaq
Vladimir Putin və Benyamin Netanyahu

Suriya təkcə münaqişə ocağı deyil, həm də müxtəlif qüvvələrin maraqlarının kəsişdiyi yerdir. Ölkənin hava məkanı xeyli təhlükəli olmağa başlayıb. “Newsweek”in yazısında bundan bəhs olunur.

Bizimyol.info xəbər verir ki, ABŞ jurnalı Suriya hava məkanında Rusiya və İsrailin təhlükəli dərəcədə yaxınlaşaraq üz-üzə qalması, yeni prezident Co Baydenin konkret mövqe göstərməkdə çətinlik çəkməsi və ya bunu etməyə tələsməməsi barədə material hazırlayıb. “Newsweek” ABŞ-ın hadisələri diqqətlə izlədiyini bildirir.

Jurnal yazır ki, reaktiv təyyarələrin və hava zərbələrinin səsi Suriya üçün adi hal alıb. Amma son vaxtlar belə səslər daha çox gəlməyə başlayıb. İsrail Suriyada fəallaşıb. Dəməşq aeroportuna və Qolan yüksəkliklərinə son zərbələrin məsuliyyətini heç bir tərəf üzərinə götürməsə də, bu zərbələrin İsrail aviasiyasından gəldiyi sirr deyil.

“Newsweek” adını anonim saxladığı amerikalı məmurdan müsahibə götürüb. Həmin şəxs Suriya səmalarında xoşagəlməz mənzərə yarandığını deyib. Onun sözlərinə görə, istənilən vaxt nəzərdə tutulmayan qarşıdurma yarana bilər. Amerikalı məmur Suriyada çox qarışıqlıq yarandığını söyləyib.

“ABŞ Suriyanın şimal-şərqində beynəlxalq koalisiyanın tərkibində yer alıb, “İslam dövləti”ni darmadağın etmək vəzifəsi üçün çalışır. Başqa hissələrdə Rusiya və bir kəsimini Türkiyənin dəstəklədiyi Suriyanın müxalif qüvvələri də İŞİD-ə qarşı vuruşur. İran Rusiyanın və Suriyanın yer əməliyyatlarını dəstəkləyir, amma İsrail bu ölkənin hərbi gücünü təhlükə saydığından, zərbələr endirir”.

Hava məkanında maraqlı tərəflərin döyüş sahələri tam müəyyənləşməyib. Buna görə də nəzərdə tutulmayan qarşıdurmalar yaranır. İndiyə qədər təyyarələrin və dronların iştirakı ilə 170 belə insident qeydə alınıb. Bu hərbi texnikalar isə azı 7 ölkəyə məxsus olub. Yəni Suriya hava məkanında istənilən vaxt anlaşılmazlıq yarana bilər.

Amerikalı məmur deyib ki, ABŞ qoşunlarının gəlişindən sonra təhlükə bir az da artıb. İndi Suriya hava məkanında Amerikadan başqa Rusiyanın, Fransanın, Türkiyənin, İsrailin təyyarələri, dronları görünür. Zenit qurğuların işə düşməsi isə bir ayrı təhlükədir.

Suriya hava məkanındakı qarışıqlıq bir neçə dəfə böyük qalmaqala səbəb olub. 2018-ci ildə İsrail Rusiyanın kəşfiyyatçı təyyarəsini vurmuşdu. ABŞ-ın dəstəklədiyi Suriyanın müxalif qüvvələri səhvən Pentaqonun təyyarəsini sıradan çıxarmışdı. Başqa bir situasiyada isə İsrail və Suriya təyyarələri bir-birinin məhvinə səbəb olmuşdu. Halbuki İsrail burada daha çox İran hərbi qüvvələrinə əl-ayaq açmamağa imkan verməmək missiyasını həyata keçirir.

Rusiya İsrailin Suriyadakı davranışından qıcıqlanmağa başlayıb. Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova İsrailin hava əməliyyatlarını nəzərdə tutaraq bunu bölgədə sabitliyi pozmaq kimi qiymətləndirmişdi.

“Newsweek”ə məlumat ötürən İsrail ordusundakı mənbə bildirib ki, Təl-Əviv Suriyadakı qarışıqlıqdan çox məyus olub. Çünki hara zərbə endiriləcəyi bilinmir.

İsrail Suriya hava məkanında özünü çox ehtiyatla aparır. Əvəzində Rusiyanın sərbəstliyi müşahidə edilir. “Newsweek”in mənbələri xüsusi vurğulayır ki, ruslar üçün konkret sərhədlər yoxdur.

Bu yerdə ABŞ-ın mövqeyi maraqlıdır. İş orasındadır ki, Pentaqon prezidentlərdən asılı olaraq zamanla mövqeyini dəyişə bilib. Məsələn, Barak Obama əvvəlcə qarşısına Bəşər Əsədi devirmək, sonra isə İŞİD-i məhz etmək hədəfi qoymuşdu. Donald Tramp Suriyadan qoşunları çıxarmaq istədiyini bildirdi. Co Bayden həmin missiyanı başa çatdırmaq istəmir. ABŞ-ın yeni rəhbərliyi, ümumiyyətlə, gələcəkdə necə davranacağının cizgilərini bəlli etmir. Ən əsası da odur ki, Vaşinqton İsrailin Suriya hava məkanındakı fəallığını bilərəkdən şərh etmək istəmir. Bu isə gərginliyi bir az da artırır. ABŞ tez-gec qarışmalı olacaq, amma oyuna hansı mərhələdə girəcəyi hər kəs üçün sualdır...

Paylaş »
››› İqbal Ağazadə: “Belə getsə, növbəti müharibə qaçılmaz olacaq"
››› Navalnının bizim haqqımızda dedikləri başına bəla oldu
››› Bayden Putinə ilk zərbəni hazırlayır
››› Neft şirkətinin karantin düşərgəsində nə baş verir?- SOCAR-dan açıqlama
››› Fevralın 25-nə olan hava proqnozu
››› Putin tanınmış aktyoru Rusiya vətəndaşlığına qəbul etdi
››› Ermənilər Azərbaycanla sərhədyanı bölgələri tərk edirlər
Son xəbərlər
Bütün xəbərlər »