Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında (APL) XV tura start veriləcək.
Virtualaz.org bildirir ki, günün ilk matçı Sumqayıtda gerçəkləşəcək.
Şəhərin eyniadlı komandası "Səbail"i qəbul edəcək. Paytaxt klubu 14 oyundan sonra 13 xalla 6-8-ci yerləri bölüşdürür. “Sumqayıt” isə 19 xalla 4-cü pillədə qərarlaşıb.
Günün əsas qarşılaşmasında son ölkə çempionu "Qarabağ" ən yaxın izləyicisi olan "Neftçi"ni qəbul edəcək.
Xatırladaq ki, Ağdam klubu 29 xalla liderdir, "Neftçi" isə rəqibindən 2 xal geri qalır.