Şuşa şəhərində yanğın hadisəsi qeydə alınıb.
Bizimyol.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, şəhərdə ümumi sahəsi 250 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 100 m² olan talvarın yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.