Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qardaşını güllələyərək öldürən şəxsin məhkəməsi başlayır
Silah - Atəş - ov tüfəngi

Qəbələdə qardaşını güllələyərək qətlə yetirməkdə təqsirləndirilən Ramil Rəhimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Rəşid Hüseynovun icraatına verilib.

Qeyd edək ki, hadisə ötən il rayonun Vəndam qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Rəhimov Ramil Vəli oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı qardaşı, 1959-cu il təvəllüdlü Rəhimov Azər Vəli oğluna ov tüfəngindən atəş açıb. Ağır xəsarətlər alan A. Rəhimov ölüb.

Hadisəni törədən şəxs saxlanılıb.

R. Rəhimova Cinayət Məcəlləsinin 120-ci(qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.(apa)

Paylaş »
››› Azərbaycan Zəngəzurda mühəndis işlərinə başlayıb - Gorusdan həyəcanlı açıqlama
››› Jirinovski yaxın aylarda başlayacaq böyük müharibə haqda: “Rusiya köməyə gələcək...”
››› Binəqədi İcra Hakimiyyətindən Eldar Əzizova ittiham: “O, rəy verib”
››› 15 qat baha qiymətə təyyarə bileti və ya AZAL-ın gəlirləri hara gedir…
››› Novruz bayramında əfv sərəncamı gözlənilir: kimlər həbsdən çıxa bilər? - Açıqlama
››› ƏDV-ni geri alanlar üçün 10+10 aksiyası keçirilir
››› Paşinyanı qoruyan snayperlər telekanalın kamerasına düşüb - Video
Son xəbərlər
Bütün xəbərlər »