Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanda müəmmalı ölüm hadisələri baş verib
İrəvan, Ermənistan

Ermənistanda müəmmalı intihar hadisələri qeydə alınıb.

Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, hər iki hadisə Sünik əyalətində olub. Belə ki, adı açıqlanmayan, 1991-ci il təvəllüdlü gəncin meyiti tapılıb. Müayinə zamanı onun başında odlu silahdan açılmış güllə yarası müəyyənləşdirilib.

Digər hadisə də 30 yaşlı kişinin ölümü ilə bağlıdır. Qeyd edilir ki, o, AK markalı avtomatından açılan atəşlə ölüb. Mətbuat bunun intihar hadisəsi olduğunu bildirsə də, ölüm faktı ilə bağlı digər versiyaları da istisna etməyib.

Daha bir müəmmalı ölüm hadisəsi Yerevanda baş verib. Belə ki, 20 yaşlı qız 11-ci mərtəbədən yıxılıb. Hüquq-mühafizə orqanları bunun ehtiyatsızlıqdan baş verdiyini bildirsələr də, KİV hadisənin intihar olduğunu vurğulayır.

Hər üç hadisə ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib. Təhqiqat aparılır.

Paylaş »
››› Qarabağda doğulanların pasportuna Azərbaycan yazılmasına Ermənistan DİN-dən açıqlama
››› AZAL-ın Rusiyaya bilet qiyməti hamını heyrətə gətirdi
››› Mübariz Mənsimov azadlığa buraxılır - Prokurordan təqdimat
››› Azərbaycanda qumar oyunları aktiv hala gələcək
››› “Dövlətin sahibkarlara dəstək imkanı yoxdur” - Qapanma yenidən başlayırmı…
››› Navalnının yerləşdirildiyi həbsxanaya məhkumlar “sındırılmaq” üçün göndərilir
››› Əmək Nazirliyinin fəaliyyəti ciddi sosial narazılıq yaradır
Son xəbərlər
Bütün xəbərlər »