Fransa Elm Şurası koronavirusa yoluxmuş və sağalmış şəxslərə bir doz vaksin vurulmasının kifayət edəcəyini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, Şura bunu xəstəlik əsnasında şəxslərdə immunitet yaddaşı yaranması, vaksinin isə xatırladıcı rolu oynayacağı ilə əsaslandırıb.
Qurum hökumətə xəstəlikdən sağalanlara tək doz vaksin tətbiqini təklif edib.
Fransa bu təklifin edildiyi ilk ölkə olub.