Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avrozonada ÜDM artımına dair proqnoz yeniləndi
iqtisadiyyat

2021-ci ilin birinci rübündə avrozonada ÜDM 0,9 faiz azalacaq və beləliklə, resessiya baş verəcək.

“Report” xəbər verir ki, Avropa Komissiyasının rüblük hesabatına görə, yazda region iqtisadiyyatı artıma qayıdacaq, yayda isə böyümə daha da artacaq.

Belə ki, avrozonanın 19 ölkəsində ÜDM həm cari ildə, həm də gələn il 3,8 faizlik artım göstərəcək. Halbuki əvvəlki hesabatda 2021-ci ildə 4,2 faiz, 2022-ci ildə isə 3 faiz artım olacağı irəli sürülmüşdü.

Avropa İttifaqı ölkələrində isə iqtisadi artım 2021-ci ildə 3,7 faiz, 2022-ci ildə də 3,9 faiz səviyyəsində gözlənilir.

“2020-ci ilin güclü üçüncü rübündən sonra dördüncü rübdə baş verən pandemiyanın ikinci dalğası və yeni məhdudlaşdırıcı tədbirlərlə işgüzar fəallıq yenidən səngiməyə başladı. Həmin məhdudiyyətlər qüvvədə qaldığı üçün Aİ və avrozonada ÜDM-in 2021-ci ilin birinci rübündə də azalacağı gözlənilir... Yazda bərpa olunacaq iqtisadi artım peyvəndləmə proqramlarının tətbiqi və karantinin tədricən ləğv edilməsilə yayda daha da güclənəcək. Dünya iqtisadiyyatındakı perspektivlərin yaxşılaşması da Avropadakı dirçəlişi dəstəkləyəcək”, - sənəddə qeyd olunur.

Avropa Komissiyasının daxili bazar üzrə komissarı Paolo Centilioni də region iqtisadiyyatının böhrandan əvvəlki səviyyəyə proqnozlardakından daha tez, 2022-ci ildə qayıda biləcəyini irəli sürüb.

Hesabata əsasən, Almaniyada ÜDM 2021-ci ildə 3,2 faiz, 2022-ci ildə də 3,1 faiz artacaq (əvvəlki proqnozda müvafiq olaraq 3,5 və 2,6 faiz), İspaniyada 2021-ci ildə 5,6 faiz, 2022-ci ildə 5,3 faiz, Fransada müvafiq olaraq 5,5 və 4,4 faiz, İtaliyada 3,4 faiz və 3,5 faiz artacaq.

Həmçinin avrozonadakı inflyasiyanın 2020-ci ildəki 0,3 faizə qarşı 2021-ci ildə 1,4 faiz, 2022-ci ildə 1,3 faiz səviyyəsində olacağı gözlənilir.

“2021-ci ildəki inflyasiya gözləntilərimiz payız proqnozumuza nisbətən artsa da, məhdud səviyyədə qalır. İqtisadi dirçəlişin gecikməsi istehlakçı tələbatının təzyiqini tarazlaşdırmağa davam edəcək”, - hesabatda qeyd olunur.

Avropa Komissiyasının proqnozları ilə bağlı risqlər hazırda daha çox koronavirus pandemiyasının bundan sonrakı gedişatına, peyvəndləmə proqramlarının nə qədər səmərəli olacağına bağlıdır.

Paylaş »
››› Putinə evlənməyi təklif edən qadın prezidentin buna reaksiyasından danışdı
››› Külək Bakı-Qazax yolunda "Kamaz"ı aşırıb - Foto
››› “Yazda əməliyyatların başlaması mümkündür..., Rusiya üçün dağıdıcı olacaq” - Ukrayna hökuməti
››› Dönərxanada zəhərlənmə olub, 17 yaşlı gənc ölüb
››› FHN hava şəraiti ilə əlaqədar əhaliyə müracitə edib
››› Avstriyada “AstraZeneca” vaksinindən istifadə dayandırılıb
››› Politoloq:  “İran açıqca Türkiyəyə dedi ki, Azərbaycandan çəkil”
Son xəbərlər
Bütün xəbərlər »