Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan hökuməti Türkiyə ilə barışmağa cəhd edir
Nikol Paşinyan və Anna Akopyan

Ermənistanda inqilabi federasiya adlandırılan “Daşnaksutyun” yaranandan Türkiyənin və Azərbaycanın əleyhinə çıxıb. Fəaliyyətini zorakılıq üzərində quran təşkilatının bir müddət ölkədə fəaliyyəti dayandırılmışdı. “Daşnaksutyun” yenə fəallaşıb və Ermənistanın məğlubiyyətindən sonra sərt bəyanatlar verməyə başlayıb.

Bizimyol.info xəbər verir ki, Ermənistanın Xarici İşlər naziri Ara Ayvazyan bir neçə gün əvvəl Türkiyə ilə münasibətlərin normallaşdırılmasından danışmışdı. Nazir demişdi ki, Qarabağda status-kvonun dəyişməsindən sonra Ankaranın sərhədləri bağlı saxlamağa ehtiyacı yoxdur. Ayvazyanın açıqlaması “Daşnaksutyun”un xoşuna gəlməyib. Təşkilatın mərkəzi şurası bəyanat yayıb.

Ara Ayvazyan Ara Ayvazyan

Bəyanatda Ermənistanın Xarici İşlər Nazirliyi ciddi qınanılıb. Çünki “Daşnaksutyun” yeni reallığı qəbul etmək istəmir. Təşkilat belə açıqlamaların Qarabağın itirilməsi ilə razılaşma ifadə etdiyini bildirir.

“Başa düşmək olmur ki, Ermənistan hökuməti Türkiyə ilə münasibətlərin normallaşdırılmasını necə görür. Axı bir neçə ay əvvəl Türkiyənin tam dəstəyi ilə bizim vətənin bir hissəsinə qarşı açıq hücum nümayiş etdirildi. Özü də münasibətlərin normallaşdırılması pespektivindən o vaxt danışırlar ki, Ermənistan sərhədində Azərbaycanla Türkiyə birlikdə hərbi təlimlər keçirir. Eyni zamanda Ermənistanın ərazi bütövlüyünə təhdidlər səslənir”.

“Daşnaksutyun” hesab edir ki, Xarici İşlər Nazirliyi xarici siyasət prinsiplərinə xəyanət edib. Təşkilatın bəyanatında Türkiyənin əleyhinə başqa ifadələr də işlədilib.

“Daşnaksutyun”un əsası 1890-cı ildə Tiflisdə qoyulub. Üç nəfər – Rostom Zoryan, Simon Zavaryan və Xristofor Mikayelyan təşkilatın yaradıcıları sayılır. İlk illərdən “Daşnaksutyun”un Bakıda, Şuşada, Gəncədə komitələri təşkil olunub və bu qurumlar zamanla zorakılıq aktları həyata keçirmək missiyasını yerinə yetirib. 1905-ci ildə azərbaycanlılara qarşı qırğınlarda daşnaklar fəal iştirak edib. Onlar “azərbaycanlılara kömək edir” bəhanəsiylə Bakı qubernatoru Nakaşidzeni aradan götürmüşdülər.

İrəvanda Respublika meydanında mitinq Ermənistanda etirazlar (Foto: Arxiv)

1994-cü ildə Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan “Daşnaksutyun”un fəaliyyətinə son vermişdi. Amma Robert Koçaryan hakimiyyətə gələn kimi daşnaklar yenidən əl-qol açmağa başlamışdılar. “Daşnaksutyun” illərdir Türkiyədən qondarma soyqırımını tanımağı, təzminat ödəməyi və qardaş ölkənin şərqində 7 vilayəti Ermənistana verməyi tələb edir. Amma xüsusi olaraq qeyd etmkək lazımdır ki, bu təşkilat və onun ideyaları artıq Ermənistanda lazımi qədər dəstək qazana bilmir.

Paylaş »
››› Rusiyada azərbaycanlı gənc ermənini üzr istəməyə məcbur etdi - Foto
››› Qasparyan: “Bakı-Tbilisi-Ceyhan”ı raketlə vurmaq istədim, Paşinyan qoymadı”
››› “İskəndər” partlaması: Ordu Paşinyana qarşı qiyama qalxdı - Kreml nə etmək istəyir...
››› Nostradamus mayın 10-na hansı hadisələri proqnoz edib – Tədqiqatçı açıqladı
››› “Hazırda Dağlıq Qarabağda “əsəb çəkişməsi” yaşanır”
››› “Məmur korpusunda irimiqyaslı təmizləmə əməliyyatı olacaq”
››› Ermənistanda dövlət çevrilişinə cəhd: Paşinyanın da tərəfdarları paytaxta toplaşır
Son xəbərlər
Bütün xəbərlər »