Azərbaycanda vəzifəli şəxsləri barədə cinayət işi açılan 10 bələdiyyə məlum olub.
APA-nın məlumatına görə, Milli Məclisə daxil olan “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”ndə bildirilir ki, Şabran rayonu Pirəbədi, İsmayıllı rayonu Tircan, Şəmkir rayonu Əliyaqublu, Masallı rayonu Ərkivan, Bakı şəhəri Sabunçu rayonu Ramana, Biləsuvar rayonu Əliabad, Masallı rayonu Kolatan, Ucar rayonu Qaracallı, Xaçmaz rayonu Qaraçaycek, Ağcabədi rayonunun Aran bələdiyyələrinin vəzifəli şəxsləri barədə cinayət işi başlanılıb.