Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Növbəti bahalaşma dalğası gəlir
Manat - Maaş

Prezident "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin, "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin və Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki "BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi haqqında sərəncam imzalayıb.

Qeyd edək ki, bu günə qədər Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmiş bütün şirkətlər qiymət artımı ilə gündəmə gəlib. Elə bunun nəticəsində də AİH-nin fəaliyyəti nəticəsində dövlət büdcəsindən asılılıq azalıb, “mənfəətlə” işləməyə başlayıblar.

İlk sınaq dizelin və benzinin qiymətinin artırılması oldu. İkincisi isə, suyun qiymətinin artırılması. Məlumat üçün deyək ki, Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Metropoliteni” "BakuBus"MMC, ilə yanaşı “Azərenerji”, “Azərişıq”, “Azəristiliktəchizat”, “Təmiz Şəhər”, “Aztelekom” “Azərpoçt” və s. AİH-nin tabeliyindədir.

Nəqliyyatda hansısa bahalaşamanın proqnozlarını yəqin hiss etməmiş deyilsiniz. Hər şey yüksəlir, maaşlardan başqa. İlin sonuna yaxın bütün məhsul və xidmətlər üzrə yəqin ki, maaşlarda da cüzi artım ediləcək. Amma artım edilən kimi yenidən bahalaşma başlayacaq ki, “bəs maaşlar yüksəldi”. Bax beləcə girəcəyik çıxılmaz qısır döngüyə.

Məlumat üçün qeyd edə ki, 2021-ci ilin yanvar ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma unun, yumru düyünün, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, kolbasa məmulatlarının, təzə balığın, südün, qatılaşdırılmış şəkərli südün, yoqurtun, xamanın, pendirin, yumurtanın, kərə, zeytun, günəbaxan və qarğıdalı yağlarının, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, fındığın, kələmin, xiyarın, bibərin, badımcanın, balqabağın, çuğundurun, yerkökünün, kartofun, soğanın, sarımsağın, şəkər və şəkər tozunun, meyvə şirəsinin, pivənin qiyməti artıb. Ucuzlaşma isə mal və qoyun ətinin, dondurulmuş balığın, bananın, portağalın, kivinin, qozun, şabalıdın, pomidorun qiymətlərində müşahidə olunub.

İqtisadçı Rəşad Həsənov Bizimyol.info-ya verdiyi açıqlamada bildirib ki, sərnişindaşımada qiymətlərin artımı barədə əhalidə yaranmış narahatçılıq əsassız deyil.

Rəşad Həsənov Rəşad Həsənov

“Azərbaycan İnvestisiya Holdinqinin (AİH) əsas funksiyası dövlət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, şəffaflığın artırılması, idarəetmənin şəffaflaşdırılması və təkmilləşdirilməsi, korporotiv idarəetmə modellərinin tətbiq edilməsi, səmərəli fəaliyyətin təmin olunmasıdır.Yəni konkret desək,holdinqin yaradılmasında məqsəd şəffaflığın artırılması, xidmət keyfiyyətinin yüksəldilməsiydi. Müasir idarəetmənin tətbiq edilməsi, hətta şirkətlərin özəlləşdirmə üçün hazırlanması kimi hədəflər də qarşıya qoyulub. Bu gün dövlət başçısının sərəncamıyla “Azərbaycan Hava Yolları” , "Azərbaycan Dəmir Yolları”, "Bakı Metropoliteni”, "BakuBus”un AİH-nin idarəetməsinə verilməsi və prosesin bu şəkildə davam etməsi gözləniləndir.17 şirkət AİH-in idarəetməsinə verilib. Artıq 8 şirkət AİH-in birbaşa idarəçiliyindədir.

Artımlarla bağlı əhalidə olan narahatçılığa gəlincə. SOCAR modelinə baxsaq görərik ki, qiymətlərin artırılması yolu ilə şirkətin mənfəətliliyi artırılır. Şirkətin büdcədən vəsait tələb etməməsi istiqamətində konyuktur formalaşdırılır. Bu nə dərcədə ədalətlidir? Proses bu şəkildə davam edərsə, deməli gələcəkdə digər müəssisələrin də təklif etdikləri məhsulların qiymətlərində artım olacaq. O cümlədən sərnişindaşımada. AZAL-ı hələlik kənara qoyaq.AZAL onsuz da bahalı xidmətlər təklif edən şirkətlərdən biridir və heç vaxt öz fəaliyyəti barədə hesabat təqdim etmir. Dünyada bənzəri olmayan modeldir. Amma “Bakı Metropoliteni” və "BakuBus”un qiymətlərinin artması ehtimalları var. Hökumət Tarif Şurasının qiymətlərinin artırılması qərarı ilə bağlı bildirmişdi ki, kütləvi sərnişindaşımaya təsirlərin neytrallaşdırılması ilə bağlı addımlar atılmalıdır.Bu günə qədər elə bir mexanizm yoxdur. Əslində ola bilər ki, hökumətin fikri dəyişib, Tarif Şurasının qərarında qeyd edilən məqamlar artıq unudulub .İstənilən halda hesab edirəm ki, AİH problemin kökünü axtarmaqdansa, korrupsiya, itkilərin qarşısının alınması, vəsaitlərin idarəedilməsi kimi problemlərin qarşısını almaqdansa gəlirlə itkilərin kompensasiya edilməsinə üstünlük verir. Bu da yanlış bir yanaşmadır. Mən hələ ki, AİH-in fəaliyyətində tabeliyinə verilmiş müəssisələrin işini fundamental şəkildə dəyişə biləcək hər hansı bir addım görməmişəm. Ona görə cəmiyyətdə də haqlı olaraq narahatlıq var ki, qiymətlərin artırılması prosesi davam edəcək”,- deyə iqtisadçı qeyd edib.

Bizdən demək, sizdən eşitmək. Qalır ürəyi səksəkədə Tarif Şurasının növbəti açıqlamasını gözləmək. Hazır olun, bir gecə ansızın gələ bilər.

İlhamə Rəsulova

Paylaş »
››› Yeni karantin “müjdəsi” - anlaşılmayan qərarlar
››› “Əvvəl İsraildə səfirliyimizin açılmasına İran mane olurdu, indi isə…” – Sabiq XİN rəhbəri
››› Türkiyə həkimi Elmar Vəliyevin anlaqlı olmadığını təsdiqlədi
››› Mübariz Mənsimovun bacısı: “Çörəyini yeyib ona pislik edənlər oldu... İndi çox sevinirəm"
››› Yaşı 5-dən çox olan avtomobillərin idxalı dayandırılır: "Təbii ki, qiymətlər artacaq" 
››› Mübariz Mənsimov: "Mən sadəcə, dövlətə, şəhid ailələrinə, tələbələrə yardım etmişəm"
››› Dünyanın ən mühüm nemətlərindən birində qıtlıq gözlənir
Son xəbərlər
Bütün xəbərlər »