Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əhalinin əczaçılıq məhsullarına xərcləri 40 faiz artıb – Həkimdən şərh
Ərzaq səbəti

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2021-ci ilin yanvar ayında istehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları və tibbi ləvazimatlarına 68,7 mln. manat xərcləyib. Bu göstərici 2019-cu ilin eyni dövrü ilə müqayisədə 40,1% artıb.

Əczaçılıq məhsullarına tələbatın artmasını bəziləri COVİD-19-la və müharibəylə, bəziləri isə dövlət sərhədlər bağlı olduğu üçün vətəndaşların xaricdə müalicə ala bilməməsilə bağlayırlar. Həkim reseptinin lazımsız əczaçılıq məhsullarının adları ilə doldurulduğunu deyənlər də var.

Əhali yanvarda əczaçılıq məhsullarına 69 mln. manat xərcləməsinin səbəbi nədir?

Bizimyol.info bu suala cavab tapmaq üçün Həkim-farmakoloq, beynəlxalq “Complete-Pharma Europe” əczaçılıq şirkətinin ixrac departamentinin direktoru Müşfiq Hüseynova müraciət edib.

Müşfiq Hüseynov Müşfiq Hüseynov

“Şübhəsiz ki, yanvar ayında əhalinin dərman və tibbi vasitələrə xərclədiyi məbləğin kəskim artması ancaq COVİD-in ikinci dalğası ilə əlaqədardır. Əhalinin böyük hissəsinin xəstəxanada yox, evdə müalicə olunduğunu təxmin edirdik. Bu rəqəmlər bizim təxminimizin sübutudur. Bəzi iddialara görə əczaçılıq məhsullarına tələbatın artmasına səbəb 44 günlük Vətən müharibəsi və vətəndaşların xaricə müalicə məqsədli səfərlərinin olmaması, ya da reseptlərin gərəksiz dərman yüklənməsi ilə bağladır. Əminliklə deyə bilərəm ki, bu iddiaların heç bir əsası yoxdur. Müharibə noyabrda bitib, deməli, yanvar ayındakı satışa heç bir təsiri ola bilməz. Resept yükləməsi də deyil, çünki, digər xəstəliklərin sayında ciddi azalmalar müşahidə edildi. O ki qaldı xaricə müalicə turizminə, Türkiyə yenə açıqdır, İrana isə son illər axın kifayət qədər azalmışdı”,-deyə M.Hüseynov bildirib.

Həkim vurğulayıb ki, əczaçılıq məhsullarına tələbatın artmasına tək səbəb COVİD-19-dur: “Əgər diqqət etsəniz, fevral ayında yanvar ayına nisbətdə ciddi azalma var. Bunun da səbəbi yenə ikinci dalğanın sönməsi və vəziyyətin stabilləşməsidir”.

Paylaş »
››› Bakı Metropoliteni: Sərnişinləri qarşılamağa hazırıq
››› Sülhməramlıdan BBC-yə açıqlama: "Azərbaycan hər mübahisəli ərazi üçün axıra qədər gedəcək"
››› Almaniya və Rusiya arasında kəşfiyyat qalmaqalı
››› Azərbaycanda necə milyonçu olmaq olar: "Arxasında gözəgörünməz əl var"
››› Təcavüzdə ittiham olunan məşhur aktyor: “Mən neyləyə bilərəm ki?”
››› Nazir Baş direktoru işdən çıxardı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »