Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Direktor: "Azərbaycanda COVID-19-un yeni ştammı aşkarlanmayıb"
Adil Allahverdiyev

“Türkiyə də daxil olmaqla digər ölkələrdə COVID-19-un mutasiyaya uğramış ştammları görünməkdədir”.

Bunu APA-ya V.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev deyib.

O bildirib ki, Türkiyədə Cənubi Afrika, Böyük Britaniya ştammı və hələ ki, adı bəlli olmayan 3-cü ştamm mövcuddur: “Azərbaycanda hələ ki, yeni ştamma yoluxma halı qeydə alınmayıb. Buna baxmayaraq, TƏBİB tərəfindən bəzi xəstələrdən izolyasiya edilmiş nümunələr götürülərək yoxlanılıb və həmin analizlərdə yeni ştamm aşkarlanmayıb. Təbii ki, yeni ştamm hər an ölkəmizə daxil ola bilər, bu, sürpriz deyil".

Həkimin sözlərinə görə, Azərbaycanda Milli Hematologiya və Transfuziologiya Mərkəzində mutasiyaya uğramış virusun analizləri aparılır: “Bununla bağlı bizim kifayət qədər təchizatımız var. Aylardır TƏBİB tərəfindən bunlar təşkil olunub. Bu, genom analizi ilə müəyyənləşdirilir”.

Paylaş »
››› İqbal Ağazadə: “Belə getsə, növbəti müharibə qaçılmaz olacaq"
››› Navalnının bizim haqqımızda dedikləri başına bəla oldu
››› Bayden Putinə ilk zərbəni hazırlayır
››› Neft şirkətinin karantin düşərgəsində nə baş verir?- SOCAR-dan açıqlama
››› Fevralın 25-nə olan hava proqnozu
››› Böyük qayıdış üçün sorğu nəyə lazım: "Bu nə deməkdir - gedirsiniz ya getmirsiniz?"
››› “İsgəndər” raketlərini atdıq, amma partlamadı” - Paşinyan
Son xəbərlər
Bütün xəbərlər »