Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zəngəzurla bağlı gizli sənədin ortaya çıxması Ermənistanı qarışdırdı
İlham Əliyev, Nikol Paşinyan

Azərbaycanla daha bir sənədin imzalanması barədə xəbər Ermənistanı yenidən qarışdırıb.

Ermənistan Baş nazirinin müavini Tiqran Avinyan bildirib ki, 9 noyabr və 11 yanvar tarixlərində imzalanan üçtərəfli bəyanatlardan başqa İrəvan və Bakı arasında başqa bir sənəd  də imzalanıb. Bu, Sünik (Zəngəzur - red.) bölgəsinin Ermənistanın sərhədində yerləşən Gorus və David-bek (Zeyvə - red.) yaşayış məntəqələri arasındakı yol hissəsinə aiddir, çünki "yol mübahisəli ərazidən keçir".

Zəngəzurda magistral yoldan görüntü Zəngəzurda magistral yoldan görüntü

Bizimyol.info xəbər verir ki, bu rəsmi məlumat ölkədə rezonans doğurub, çünki buna qədər Ermənistan rəhbərliyi yalnız iki sənədin  - 9 noyabr, 2020 və 11 yanvar 2021-ci il bəyanatlarının imzalandığını deyirdi. İndi Ermənistanda hər kəsin sualı bundan ibarətdir: Daha neçə açıqlanmamış sənəd var?

Daha sonra məlum olub ki, hətta Ermənistan xarici işlər naziri Ara Ayvazyan da razılaşmadan xəbərsizdir. Ya da özünü xəbərsiz kimi göstərir.

Yerli mətbuat və ekspertlər bu sənədin ortaya çıxmasını ciddi təhlükə kimi qiymətləndirirlər. Onlar hesab edirlər ki, əsalində bu gün baş verənlər şifahi deyil, yazılı bəyanatlar əsasında baş verir. Daha əvvəl yalnız iki sənədin imzalandığını deyən hökumət indi "yalnız 3 sənəd imzalanıb" deyir. Amma özü özünü təkzib edən hökumətə heç kim inanmır.

Belə görünür ki, heç hökumət də insanların ona inanacağını gözləmir və əsas məqsədi də tam fərqlidir. Bu faktın ortaya çıxması Ermənistanda Rusiyanın da mövqeyinə zərbə vurub. Elə bəzi ekspertlər də hesab edirlər ki, Nikol Paşinyanın hökuməti məhz buna çalışır - xalqa başa salmaq istəyir ki, Rusiya bizi müdafiə edə bilmir və elə həmin Moskvanın iştirakı ilə başqa sənədlər də imzalanıb.

Avinyanın 3-cü sənədlə bağlı açıqlaması Ermənistanda kütləvi çaşqınlıq yaratsa da, cəmiyyətin reaksiyası müxalifəti narazı salıb. Müxalifət mətbuatı yazır ki, ölkənin gələcəyi artıq xalqın vecinə deyil.

"Əslində hökumət 10 noyabr və 11 yanvar bəyanatlarından başqa yazılı bir razılaşmanın olmadığı barədə yalan danışmışdı. Avinyanın dünənki açıqlaması zəlzələyə səbəb olmalı idi. Amma belə görünür ki, cəmiyyət və siyasi qüvvələr rejimin yalanlarına artıq yaxşı uyğunlaşıblar.

Əslində daha çox yazılı razılaşma var. Heç kim Moskvada hansı danışıqların aparıldığını, Bakı ilə hansı sənədlərin imzalandığını bilmir",- deyə keçmiş deputat Karen Bekaryan bildirib.

Müxalif partiyalara gəlincə, Bekaryan bildirib ki, siyasi qüvvələrin biri çevikdir, digəri ləng, bir başqası tələsik, digəri dərin: "Cəmiyyətə gəldikdə, təəssüflə söyləyirəm ki, cəmiyyət dövlət gücünə sahib ola bilməyəcəyini, dövlət ola bilməyəcəyini düşünür. Bunu kədərlə deyirəm, ancaq başqa cür deyə bilmərəm.

Hazırda Ermənistanın sərhədləri püfə kimi daralır. Və bu şərtlər altında bu sənədləri imzalayan əli kim tutub saxlamalıdır? Qanunun aliliyi şəraitində yaşasaydıq, bu prosesləri dayandırmaq üçün hüquqi mexanizmlər olardı".

Vazgen Manukyan Vazgen Manukyan

Qeyd edək ki, maxalifətin baş nazir posutna vahid namizədi Vazgen Manukyan yeni sənədin ortaya çıxmasından sonra xalqı etraz aksiyasına çağırıb. O iddia edib ki, daha çox gizli sənədlər var və günlərin birində yuxudan oyanıb Zəngəzuru tam itirdiyimizi görəcəyik.

Paylaş »
››› Paşinyan yenə Rusiyaya "ilişdi"
››› Ata oğlunu qurban kəsdi: “Allah yolunda belə addım atdım” - Foto
››› Ermənistan yeni terror təşkilatı yaradıb, təlim keçir: “Onların ərazi itkisi ilə nəticələnə bilər”
››› Türkdilli dövlətlərin ordusu yaranır: “Bu, ciddi mesajdır”
››› Qərb Rusiyanı Ermənistanın əli ilə vurur
››› Nəqliyyat Agentliyinin xüsusi zolağı niyə işə yaramadı? - Video
››› Qərb Rusiyaya qarşı hansı planı hazırlayır...
Son xəbərlər
Bütün xəbərlər »