Murad Nəcəfbəyli Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Bizimyol.info xəbər verir ki, Prezidentin mətbuat xidmətindən verilən məlumata görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Prezidentin digər sərəncamı ilə Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri Rasim Şəmsəddin oğlu Rzayev də vəzifəsindən geri çağırılıb.