Dağıstanda çox maraqlı hadisə baş verib. Artıq Rusiya mediasının gündəmini çalxalayan bu xəbərlərin təfərrüatı məlum olunca aydınlaşıb ki, bütün hadisələri özünü uşaqların anası kimi qələmə verən qadın planlayıb.
Dağıstan sakini Davud Davudovun xanımı ərinə hamilə olması barədə xəbər verib. Bir müddət sonra o əkiz uşaq döğduğunu və uşaqların xəstəxanda öldüyünü deyib. Ailə körpələri götürüb dəfn üçün yaşadıqları Surut şəhərindən Dağıstana gəlib.
Dəfndən öncə uşaqların nənəsi körpələrin üzünü görmək üçün kəfəni açınca əslində basdırılanların uşaq deyil plastik kuklalar olduğu ortaya çıxıb. Dağıstan adətlərinə görə, ölən şəxsin kəfəndə üzü açılır və o məzara üzüaçıq qoyulur. Bu adəti bilməyən Lauranın planı da buna görə pozulub.
Kuklalar ağır olsun deyə onların içərisinə qum doldurulubmuş. Əvvəlcə heç bir şey anlamayan ailə polisə müraciət edib, uşaqlarının meyitlərinin kuklalarla əvəzləndiyini deyib. Araşdırmalar zamanı məlum olub ki, Laura Tamatayeva uşaq dünyaya gətirməyib. Ərini hamilə olduğuna inandırıb, daha sonra ölü uşaqlar doğduğunu deyərək meyitlərin yerinə də kukla qoyub.
İlhamə