Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat qiymət artımına qarşı tədbir görməyə çağırıb
Əli Məsimli - Deputat

“Azərbaycan koronavirusla mübarizədə yeni mərhələyə qədəm qoyub”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib.

Deputat bildirib ki, bunun üçün Milli Məclisdə ölkədə koronavirusla bağlı vəziyyətə dair dinləmə keçirilməsi çox yerindədir: “Bu böyük tədbirin praktiki əhəmiyyətini artırmaq üçün qaldırılan məsələlər həllini tapmalıdır. Pulsuz testlərin istifadə dairəsinin genişləndirilməsi, pullu testlərin qiymətlərini 2-3 dəfə endirilməsi həll olunmalıdır. İkinci olaraq, pensiyaların artması müsbət hadisədir. Ancaq bununla paralel qiymətlər də artır. Bunun qarşısı alınmalıdır. Dövlət strukturu olan “Azərsu” da qiymətləri iki dəfə qaldırıb. Bu, hələ son deyil. Digər xərclər də qalxacaq. Bu, aşağı təbəqə insanların həyatını daha da çətinləşdirəcək. Bu təşkilatların təsərrüfatsızlığının əvəzini Azərbaycan xalqı ödəməməlidir. Bunlarla bağlı tədbirlər görülməlidir”.(apa)

Paylaş »
››› "Paşinyan gücünü göstərdi və hakimiyyətdə qaldı"
››› İlham Əliyev iranlı jurnalistə irad bildirdi
››› Hərbiçilərin maaşları ilə bağlı açıqlama nəyi nəzərdə tutur...
››› Ermənistan niyə silahlanır … - “Daim ayıq-sayıq olmalıyıq”
››› "Ermənistanda ideal fırtına şəraiti yaranıb"
››› Paşinyanın “İskəndər”lə bağlı açıqlamasına Rusiyadan reaksiya
››› Ermənistanın Prezident Aparatı: Armen Sarkisyana təzyiqlər olunur
Son xəbərlər
Bütün xəbərlər »