Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Döyüş Federasiyaları Assosiasiyasının prezidentindən Operativ Qərargaha sərt sözlər
Azər Həsənsoy

“Operativ Qərargahda çalışanlar arasında idman aləmindən xəbəri olan bir nəfər belə yoxdur. Ordakılar idman dedikdə yalnız şüurlarına trenajor zalları gəlir və ona da orta biznes qurumu kimi baxırlar. Bu “məsul” şəxslərin anlayışı yoxdur ki, biz biznes qurumu deyilik, ölkənin idman mənafeyini sağlamlığımız, həyatımız hesabına qoruyan vətəndaşlarının ictimai birliyiyik…”.

Fanat.Az xəbər verir ki, bu sözləri Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının prezidenti, Əməkdar idman xadimi Azər Həsənsoy Operativ Qərargahın müraciətlərinə göstərdiyi münasibət barədə deyib.

Assosiasiya prezidentinin sözlərinə görə, Operativ Qərargaha etdikləri müraciətə Orta və Kiçik Biznesin İnkişafı Agentliyi cavab verib: “Azərbaycan Döyüş Federasiyaları Assosiasiyası və onun üzvü olan 12 federasiya, gənclər təşkilatı adından idman zallarının açılmasının vacib olmasını əsaslandırılmış məzmunda Operativ Qərargaha müraciət yollamışdıq. Operativ Qərargah məktubu Orta və Kiçik Biznesin İnkişafı Agentliyinə yollayıb və ordan bizim emailə gülünc – şablon bir cavab gəlib: “…görülən tədbirlər insanların sağlamlığı üçündür və müvəqqəti xarakter daşıyır….”

Burdan belə nəticəyə gəldim ki, Operativ Qərargahda çalışanlar arasında idman aləmindən xəbəri olan bir nəfər belə yoxdur. Ordakılar idman dedikdə yalnız şüurlarına trenajor zalları gəlir və ona da orta biznes qurumu kimi baxırlar. Bu “məsul” şəxslərin anlayışı yoxdur ki, biz biznes qurumu deyilik, ölkənin idman mənafeyini sağlamlığımız, həyatımız hesabına qoruyan vətəndaşlarının ictimai birliyiyik. Yazmışdıq ki, ən azından yığma komamdaların məşqlərini başlamalıyıq, bu il ölkəmizi dəvət olunduğumuz yarışlarda layiqlə təmsil edək, gedib biabırçı məğlubiyyətlərlə üzləşməyək. Bu ölkənin idman mənafeyi digər mənafelərdən bəzi hallarda hətta üstündür.

Operativ Qərargahdan bir daha xahiş edirik ki, bu problemi gələn həftə ərzində həll etsin. Pandemiya ilə bağlı bütün qaydalara əməl edilməsi şərtilə məşqlərə başlamağın variantlarını istədiyiniz vaxt izah etməyə hazırıq”.

Paylaş »
››› Paşinyan yenə Rusiyaya "ilişdi"
››› Ata oğlunu qurban kəsdi: “Allah yolunda belə addım atdım” - Foto
››› Ermənistan yeni terror təşkilatı yaradıb, təlim keçir: “Onların ərazi itkisi ilə nəticələnə bilər”
››› Türkdilli dövlətlərin ordusu yaranır: “Bu, ciddi mesajdır”
››› Qərb Rusiyanı Ermənistanın əli ilə vurur
››› “İsgəndər” raketi Bakı üzərində vurulub - Britaniya mətbuatının məlumatı - Video
››› Bu ay yeni bahalaşma dalğası gözlənilir
Son xəbərlər
Bütün xəbərlər »